Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə endirdiyi hava zərbələri nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Medianews.az bildirir ki, Rusiya ordusu növbəti dəfə Ukraynanın paytaxtı Kiyevə raket zərbəsi endirib. Kiyev meri Vitali Kliçko rəsmi Telegram hesabında paylaşdığı paylaşımda insanları sığınacaqlarda qalmağa çağırıb: “Holosiivski rayonunda bir binaya raketin düşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb”.