Dəhşətli epidemiya 26 ölkədə yayılmaqda davam edir.
Medianews.az xəbər verir ki, Malavidə vəba epidemiyası nəticəsində ölənlərin sayı sürətlə artır.
Malavi Səhiyyə Nazirliyinin məlumatına görə , 2022-ci ilin mart ayında başlayan vəba epidemiyasında son 24 saatda 12 nəfər ölüb, 626 yeni hadisə aşkarlanıb.
Təxminən 20 milyon əhalisi olan ölkədə ümumi yoluxma sayı 29 min 995-ə yüksələrkən, həyatını itirənlərin sayı isə 1002 olub.
Səhiyyə naziri ictimaiyyəti gigiyena qaydalarına diqqət yetirməyə və təmiz sudan istifadə etməyə çağırıb.
“Vibrio cholerae” bakteriyasının törətdiyi yoluxucu nazik bağırsaq xəstəliyi olan vəba yoluxmuş şəxsdə sulu ishal, qusma və əzələ krampları kimi əlamətlərlə özünü göstərə bilər.
Mehin Mehmanqızı
Medianews.az