Manset.az xəbər verir ki, “Çelsi”nin meneceri Qrem Potter ara transfer dövründə edilən 6 transferdən sonra 4 ulduz futbolçu ilə yolların ayrılacağını bildirib. Göndəriləcək futbolçular arasında “Adana Dəmirspor”un da maraqlandığı Temue Bakayoko və Aubameyanq da var. İngiltərə Premyer Liqa komandalarından olan “Çelsi”də gözləntiləri qarşılaya bilməyən 4 ulduz futbolçunun komandadan gedəcəyi açıqlanıb.
“Çelsi”meneceri Qrem Potter ara transfer dövründə 6 transferdən sonra 4 ulduzun yollarını ayıracağını bildirib.
Mövsümə yeni komanda sahibi Ted Boehlinin böyük investisiyaları və böyük hədəfləri ilə başlayan “Çelsi” hazırda 20 oyundan 29 xalla Premyer Liqada 10-cu yerdədir.