Casus qalmaqalı ilə sarsılan Almaniyada sular sakitləşmir.
Medianews.az xəbər verir ki, Almaniya Xarici Kəşfiyyat İdarəsində (BND) casus böhranının əks-sədası davam edərkən Münhendən yeni xəbər gəlib.
Almaniyanın Münhen şəhərində Rusiya kəşfiyyatına məlumat verdiyi iddiası ilə Almaniya vətəndaşı saxlanılıb.
Almaniyanın Baş Prokurorluğudan verilən açıqlamada Artur E. adlı Almaniya vətəndaşının bazar günü ABŞ-dan Almaniyanın Münhen şəhərinə gəldiyi zaman kəşfiyyat xidməti ilə əməkdaşlıq etdiyi səbəbi ilə hava limanında saxlanıldığı açıqlanıb.
Sözügedən şəxsin dekabr ayında Rusiyaya casusluqda şübhəli bilinərək həbs edilən Almaniya Xarici Kəşfiyyat İdarəsinin (BND) əməkdaşı Karsten L. ilə birlikdə işlədiyi bildirilib.
Medianews.az