Şimali Koreyada təsbit olunmayan tənəffüs yoluxucu xəstəlik şübhəsi ilə paytaxt Pxenyanda 5 günlük komendant saatı elan edilib.
Medianews.az NK News-a istinadən xəbər verir ki, səlahiyyətlilər, hadisələrin sayının artmasının qarşısını almaq üçün paytaxtda komendant saatı tətbiq edildiyini açıqlayıb.
Xəstəliyin növü hələ müəyyən edilməyib, lakin paytaxt sakinlərindən gündə bir neçə dəfə bədən istiliyini ölçmələri xahiş olunub.
Yerli media xəbər verir ki, Pxenyanda insanlar 5 günlük komendant saatının uzadılması ehtimalı üçün ərzaq ehtiyatı yığıblar.
Qeyd edək ki, Şimali Koreyada Covid-19-a ilk yoluxma halı 2022-ci ilin mayında, avqustda isə epidemiyaya qarşı qələbə elan edilib.
Mehin Mehmanqızı
Medianews.az