ABŞ-ın Kanzas-Siti şəhərində cansız vəziyyətdə tapılan şəxsin itinin tətiyə basması nəticəsində öz tapançasından vurularaq öldüyü müəyyən edilib.
Medianews.az xarici mətbuata istinadla xəbər verir ki, adı açıqlanmayan amerikalı güllələnərək öldürülüb.
Müayinədə itin bağlanmayan tüfəngin tətiyinə basaraq sahibini vurduğu aydın olub.
Edilən müdaxilələrə baxmayaraq yaralını xilas etmək mümkün olmayıb.