“Kurikulum sistemi Amerikada daun sindromlu uşaqlar üçün yaradılıb. Bu sistemə görə müəllim tərəfindən uşağa tapşırıq verilə, irad tutula bilməz. Müəllim sadəcə müşahidəçidir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin iclasında millət vəkili Jalə Əhmədova deyib.
Deputat bildirib ki, kurikulum fiziki məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulub: “Biz bunu gətirib təhsilimizə tətbiq edirik. Nəyisə görüb tətbiq etmək çox yaxşıdır, amma teoriya demək olar ki, yoxdur. Gənclərlə regionlarda görüşürük, elementar məsələyə qərar verə bilmirlər. Test sisteminə öyrəşiblər”.
Millət vəkili əlavə edib ki, rayonlarda savadsız və təhsilsiz gənclər kütləsi var: “Həmin kütlə də axışıb şəhərə gəlir. Burada fəhlə işində çalışıb aldıqları pul da onları qane etmir. Həmin gənclər sonra yenidən rayona qayıdaraq özlərini tapa bilmirlər. Təhsili olmayan cavanlar üçün rayonlarda məşğulluq proqramı lazımdır. Zavod və ya fabriklərə cəlb olunaraq işlə təmin edilməsi yaxşı olar.