Cümə axşamı, 9 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Azərbaycan XİN Mirzoyanın cavabını verdi

Nəzrin
25/01/2023 22:39
172
BAXIŞ
FacebookTwitterTelegram

24 yanvar tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlər riyakarlığın bariz nümunəsidir.

Redaktor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışına dair şərhində bildirilib.

Qeyd edilib ki, Ermənistan xarici işlər nazirinin Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifi ciddi təhdiddir.

“Ermənistan rəhbərləri tərəfindən müharibəyə çağırış ideyalarının yeni olmadığı məlumdur. Hələ 2019-cu ildə Ermənistan Baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır”, keşmiş müdafiə naziri Tonoyan isə “yeni torpaqlar üçün yeni müharibə” barədə fikirlər səsləndirib. Xarici işlər naziri Mirzoyanın hərbi həll variantını təklif etməsi Ermənistanın tarixdən dərs çıxartmadığını və 30 il müddətində Azərbaycan ərazilərini işğalda saxlamasının nə ilə nəticələndiyini hələ də anlamadığını göstərir. Ermənistan tərəfinin bu avantürasının qarşısının alınması zəruridir.

Görünür ki, 2020-ci il müharibəsindən sonra Ermənistanın üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması barədə (erməni silahlı qüvvələrini ərazilərimizdən tam çıxarmaması, Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətləri davam etdirməsi, Laçın yolundan sui-istifadə edərək hərbçilərin rotasiyasını həyata keçirməsi, Azərbaycanda mina təhdidini davam etdirməsi, təbii sərvətlərin qanunsuz istismarı, üçüncü ölkə vətəndaşlarının Azərbaycan ərazisinə qanunsuz keçidinə şərait yaratması və s.) Azərbaycan tərəfindən Avropa İttifaqı və digər beynəlxalq təşkilatlara, habelə Parlamentlərə təqdim olunmuş danılmaz faktlara bu qurumlar tərəfindən əhəmiyyət verilməməsi Ermənistan tərəfini növbəti dəfə cəsarətləndirib. Eyni zamanda, Ermənistan xarici işlər nazirinin bu çıxışının Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı bir sıra beynəlxalq çevrələr tərəfindən verilmiş yanlış, sülhü dəstəkləməyən və revanşizmi təhrik edən bəyanatlardan ruhlandığı aydın olur.

Ümumiyyətlə, müstəqillik qazanan dövrdən beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı hərbi təcavüz və kütləvi qırğınlar törədən, işğal altında olan şəhərləri və yüzlərlə kəndi viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, yüz minlərlə əhalini öz doğma torpaqlarından qovan, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyən Ermənistanın ərazilərimiz işğaldan azad olunandan sonra beynəlxalq hüquqa və beynəlxalq qaydalara istinad etməsi, beynəlxalq təşkilatlara üz tutması və müdaxilə etməyə çağırması absurddur”.

Vurğulanıb ki, Azərbaycanın təşəbbüskarı olduğu üç istiqamət üzrə danışıqlarda (bütün nəqliyyat kommunikasiyaların açılması, delimitasiya, sülh sazişinin imzalanması) Ermənistanın xoş niyyətlə iştirak etdiyi barədə xarici işlər naziri Mirzoyanın səsələndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyi yaxşı məlumdur.

“Ermənistan tərəfi sülh gündəliyi üzrə təkliflər irəli sürüləndən sonra aylarla müraciətlərimizə cavab verməməklə yanaşı, prosesin irəliləməsi üçün əməli addımlar atmayıb və müxtəlif bəhanələrlə davamlı olaraq prosesə maneçilik törədib. Ermənistan tərəfinin növbəti dəfə guya Azərbaycanın “eksterritorial dəhliz” tələb etdiyi ideyalarını səsləndirməsi əsassızdır. Bir daha xatırladırıq ki, Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən, Ermənistanın “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması” üzrə öhdəliyi mövcuddur. Ermənistan öz ərazisindən maneəsiz hərəkətin təmin edilməsinə razılıq verib və bu öhdəliyinə əməl etməlidir. Eynilə, Azərbaycanın 8 kəndini və onlarla kv. km ərazilərini hələ də işğal altında saxlayan Ermənistan tərəfinin Azərbaycanın delimitasiya prosesinə sadiq olmadığını bəyan etməsi təəccüb doğurur”.

Məlumatda deyilir ki, Azərbaycanın sülh sazişi imzalamaq təklifinə 8 aydan artıq müddətdə cavab verməyən, daha sonra sülh sazişinin imzalanmasını adətən uzun müddət çəkən delimitasiya prosesi ilə şərtləndirən, müəyyən edilməmiş sərhəd bölgəsində demilitarizasiya zonasının yaradılmasını təklif edən Ermənistanın müxtəlif bəhanələrlə sülh sazişinə maneçilik törətməsi, müəyyən elementləri qabardaraq danışıqlar prosesinin mahiyyəti barədə çaşqınlıq yaratması narahatlıq doğuran məqamdır və Ermənistanın addımlarını bir daha ölçüb-biçməsi zəruridir.

“Öz milli siyasətini azərbaycanlılara və türklərə qarşı nifrət zəminində qurmuş və bütün addımlarında bunu nümayiş etdirən, ümumiyyətlə ərazisində yaşayan bütün etnik xalqları məhv və deportasiya edən ölkənin Azərbaycanı ermənilərə qarşı nifrətdə təqsirləndirməsi qəbuledilməzdir.

Azərbaycanın məqsədinin guya “etnik təmizləmə” və erməni sakinlərin “deportasiyası” olduğu barədə əsassız iddialara gəldikdə, yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə və kütləvi qırğınlar həyata keçirmiş Ermənistan tərəfinin xalqların hüquqlarının təmin edilməsi sahəsində fikir söyləmək üçün mənəvi haqqı yoxdur.

Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar Ermənistan tərəfindən dəfələrlə səsləndirilmiş və sonuncu çıxış zamanı da təkrarlanmış ideyalarla əlaqədar qeyd edək ki, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Azərbaycanın suveren ərazisi olan Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə dinc etirazlar Azərbaycan xalqının legitim hüququdur. Erməni sakinlərin yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə fəaliyyətlərə son qoyulması zəruridir.

Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək”.

DAHA ÇOX OXU

Cəmiyyət

Biləsuvar və Cəlilabad sakinləri də Türkiyəyə yardım kampaniyasına qoşulublar – FOTO

09/02/2023 06:30
Cəmiyyət

Bakıya güclü qar bu saatdan yağmağa başlayacaq – 2° ŞAXTA – FOTO

08/02/2023 21:33
Cəmiyyət

Xəstəxanada anası ilə qovuşan körpə

08/02/2023 21:33
1-MANŞET

Ermənistanla İran Laçın və Qubadlıya hücum hazırlayır

08/02/2023 21:32
Cəmiyyət

Dağıntıların altından kömək almadan çıxan futbolçu kimdir?

08/02/2023 20:44
1-MANŞET

Azərbaycanın Türkiyəyə göndərdiyi yardımlar – SİYAHI

08/02/2023 20:10
SON XƏBƏR

Bakı növbəti dəfə Ermənistana xəbərdarlıq edib

Daşaltı əməliyyatından 31 il ötür - FOTOREPORTAJ

Rusiya idmançılarının beynəlxalq yarışlara buraxılması üçün şərtlər açıqlanıb

Xəbər lenti

Zəlzələdən zərərçəkən sakin fəryad edir – VİDEO

09/02/2023 06:46

Biləsuvar və Cəlilabad sakinləri də Türkiyəyə yardım kampaniyasına qoşulublar – FOTO

09/02/2023 06:30

Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi: Daha 8 rusiyalı daxil edildi

09/02/2023 06:12

Türkiyədə zəlzələdən öncə səmadakı müəmmalı parıltıların izahı verildi – VİDEO

09/02/2023 05:46

Türkiyənin şərqində güclü zəlzələ oldu

09/02/2023 00:56

Elçin Lənbəranskini döydülər – SƏBƏB

08/02/2023 23:31

“İsinməkdən utanırlar” – Oktay Kaynarcadan Azərbaycanla bağlı PAYLAŞIM

08/02/2023 22:16

Zəlzələ anına aid daha bir QORXUNC GÖRÜNTÜLƏR ortaya çıxdı – VİDEO

08/02/2023 22:03

Dağıntılar altından çıxarılan naməlum cəsədlərin aqibəti necə olacaq? – AÇIQLANDI

08/02/2023 21:57

Keçmiş millət vəkili Əkrəm İmamoğlunu zəlzələ bölgəsindən qovdu – VİDEO

08/02/2023 21:46

Dəhşətli zəlzələ zamanı evin içində çarəsiz qalan ailənin GÖRÜNTÜLƏRİ – VİDEO

08/02/2023 21:36

Bakıya güclü qar bu saatdan yağmağa başlayacaq – 2° ŞAXTA – FOTO

08/02/2023 21:33

Xəstəxanada anası ilə qovuşan körpə

08/02/2023 21:33

Ermənistanla İran Laçın və Qubadlıya hücum hazırlayır

08/02/2023 21:32

Dağıntıların altından kömək almadan çıxan futbolçu kimdir?

08/02/2023 20:44

Göndərilən yardım bağlamalarında nələr kəskin tənqid olundu? – VİDEO

08/02/2023 20:19

Azərbaycanın Türkiyəyə göndərdiyi yardımlar – SİYAHI

08/02/2023 20:10

Messi Türkiyəyə belə YARDIM ETDİ

08/02/2023 19:56

FOX TV: “Bakıda da zəlzələ olacaq” – Seysmoloji Xidmət Mərkəzi məsələyə aydınlıq gətirdi – VİDEO

08/02/2023 19:13

Bakıda tikilən binalar zəlzələyə tab gətirə bilərmi? – Ekspertdən MÜHÜM AÇIQLAMALAR

08/02/2023 18:59

Hər kəsin axtardığı maşının sahibi DANIŞDI – ÖZƏL

08/02/2023 18:29

Türkiyədə 7,7 bal gücündə zəlzələ anının yeni qorxunc görüntüləri yayıldı – VİDEO

08/02/2023 17:58

Türk qızlar canlı yayım açıb “İnşallah yenə zəlzələ olsun” dedilər – VİDEO

08/02/2023 17:27

Səfir Türkiyənin ikinci əl paltarlarla bağlı qadağasının səbəbini AÇIQLADI

08/02/2023 17:09

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.