Hindistanda 17 müsəlmanı öldürməkdə ittiham olunan 22 nəfər bəraət qazanıb.
Medianews.az xarici mətbuata istinadla xəbər verir ki,Hindistanda əhalinin 11 faizi müsəlmandır və bölgədə müsəlmanlara qarşı qərəzli münasibət tez-tez baş verir.
Hətta 2002-ci il fevralın 27-də Qucarat ştatında Qodhra stansiyası yaxınlığında qatarda baş verən yanğında 60 hindu zəvvarının həlak olmasından sonra məsələ ictimailəşib.
Yanğına görə məsuliyyət daşıyan hindu dəstələri tez-tez Qucarat ştatının müsəlman məhəllələrinə və kəndlərinə hücum edir,insanları öldürür, ətraf əraziləri xarabalığa çevirirlər.
Mehin Mehmanqızı
Medianews.az