Şotlandiyanın Fort Uilyam şəhərində adı açıqlanmayan 13 yaşlı uşaq evə gedərkən eyni yaşda olan iki məktəb yoldaşının hücumuna məruz qalıb.
Medianews.az xəbər verir ki, dərsdən evə getmək üçün tarladan keçən uşaq qarşısındakı sinif yoldaşlarını görəndə təəccüblənib.
Döyülən yeniyetmə müvazinətini itirərək yerə yıxılıb. Həmyaşıdları yeniyetməni döyərək videoya da çəkiblər.
Yıxılandan sonra ayağa qalxmaq istəyərkən başına təpik və yumruq zərbələri alan uşaq yerli xəstəxanaya aparılıb, ailəsi isə zorakılığa üsyan edib.
Medianews.az