Ukrayna prezidenti Zelenski Rusiyaya qarşı müharibədə qələbə qazanmaq üçün əllərində olan bütün vasitələri birləşdirəcəklərini bəyan edib.
Medianews.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski gecə saatlarında paylaşdığı videomüraciətində Rusiya-Ukrayna müharibəsində son zamanlar olduğu kimi ən şiddətli toqquşmaların Donbas bölgəsində də davam etdiyini bildirib.
Rusiya qüvvələrinin onların hücumlarına cavab verməyə davam etdiyini deyən Zelenski aşağıdakı ifadələrdən istifadə edib:
“Əsas əməliyyat bölgələrində, xüsusilə Donbasda şiddətli toqquşmalar davam edir. Müharibə Donbas üçün davam edir. Müharibə Cənub üçün davam edir”.
Rusiya ordusunun hərəkətləri ilə bağlı lazımi məlumata sahib olduqlarını qeyd edən Zelenski, “Rusiyanın hansı qüvvələri topladığını görürük və necə cavab verəcəyimizi bilirik”- deyə bildirib.
Rusiyanın ölkəsində başladığı müharibənin 335-ci gününün, yəni 11-ci ayının yanvarın 24-də başa çatacağını xatırladan Zelenski- “Biz bütün gücümüzü bir şey üçün, qələbə üçün, birləşdirəcəyik” deyə videomüraciətində bildirib.
Mehin Mehmanqızı
Medianews.az