Yaponiyanın böyük hissəsini təsir edən güclü qar və külək səbəbindən 280 reys təxirə salınıb. Temperatur dəyərlərinin mənfi 12 dərəcəyə düşəcəyi xəbərdarlığını edən Yaponiya Meteorologiya Təşkilatı, son 10 ilin ən soyuq günlərinin bir çox bölgədə yaşanacağını açıqlayıb.
Medianews.az bildirir ki, Yaponiyanın böyük hissəsini təsir edən güclü qar və külək səbəbindən 280 reys təxirə salınıb. Temperatur dəyərlərinin mənfi 12 dərəcəyə düşəcəyi xəbərdarlığını edən Yaponiya Meteorologiya Təşkilatı, son 10 ilin ən soyuq günlərinin bir çox bölgədə yaşanacağını açıqlayıb.
Bu gündən etibarən Yaponiyanın böyük bölgələrində təsirli olmağa başlayan soyuq hava dalğası güclü qar və külək gətirib. Qarın qalınlığı bir çox bölgədə, xüsusilə Kokkaydo, Naqano, Okayama və Tottori əyalətlərində 10 santimetri keçsə də, hava şəraiti həyata mənfi təsir edib. Ölkə üzrə 280 aviareys ləğv edilib. Bir çox magistral yollar buz bağlaması təhlükəsi səbəbindən müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb.
Son 10 ilin ən aşağı temperatur dəyərlərinin bir çox bölgədə müşahidə ediləcəyi xəbərdarlığı edən Yaponiya Meteorologiya Agentliyi (JMA) termometrlərin Sapporoda mənfi 12, Sendai və Naqanoda mənfi 7, Toyamada isə mənfi 5 göstərəcəyini açıqlayıb.