Xalq artisti Röya həyatını sığortalayır.
Medianews.az Sfera.az-a istinadən xəbər verir ki, ifaçı həyatını sığortalatmaq qərarına gəlib. Onu buna vadar edən səbəb üçgünlük solo konsertində riskli performans göstərməyi planlaşdırması olub.
Röya Ayxan yanvarın 27-28-29-da keçiriləcək tədbirlərində həyati təhlükəsi olan xoreoqrafik hərəkətlərlə tamaşaçıları təəccübləndirməyi hədəf alıb.
Qeyd edək ki, Azərbaycan şou-biznesində daha öncə həyatını sığortalayan müğənni Günay İbrahimli olub.