Xorvatiyada sanitariya işçiləri üç həmkarının işdən çıxarılmasına və aşağı maaşa görə tətilə başlayıblar.
Medianews.az xəbər verir ki, tətildə iştirak edən “Cistoca” təmizlik şirkətinin 1000-ə yaxın əməkdaşı işdən çıxarılan həmkarlarının işə bərpa olunmasına və maaşları artırılmasa, işə qayıtmayacaqlarını bəyan ediblər.
Sözügedən işçilərin plastik tullantıları və digər tullantıları eyni maşına boşaldarkən fotoları çəkilib və sosial şəbəkələrdə yayılan görüntülərdən sonra “işlərinə laqeyd qaldıqları” əsası ilə əmək müqavilələrinə xitam verilib.
Mehin Mehmanqızı
Medianews.az