“Qarabağ”ın yeni transferi Redon Cica artıq Bakıdadır.
24 yaşlı hücumçu bu gün tibbi yoxlanışdan keçdikdən sonra müqaviləyə imza atacaq.
Redon Cica Albaniya yığmasının üzvüdür. O, ötən ildən dəvət aldığı əsas millidə 2 oyun keçirib. “Şkendiya”nın yetirməsi olan futbolçu 2017-ci ildə “Laçi”yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub.
Qeyd edək ki, 2021-ci ildə “Tirana”nın formasını geyinən Cika 54 oyun keçirib və 32 qola imza atıb.(Fanat.az)