Bazar, 5 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Nelson Mandelaya təlim keçmişəm” – Ölkəmizin təlimçi qonağı Kolin Qibson

Mehin
24/01/2023 11:36
30
BAXIŞ
FacebookTwitterTelegram

Xəbər verdiyimiz kimi, 23 yanvar 2023-cü il tarixdə ADA Universiteti, İnkişaf və Diplomatiya İnstitutu və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Rəqəmsal jurnalistika” mövzusunda dörd günlük təlim başlayıb.

Musavat.com xəbər verir ki, təlimçi media sahəsi üzrə mütəxəssisi britaniyalı Kolin Qibsondur.

Kolin Qibsonun keçirdiyi təlimin məqsədi jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilnəsidir.

Musavat.com təlimin ilk günü bitdikdən sonra britaniyalı mütəcəssis Kolin Qibsondan müsahibə alıb.

Kolin Qibson haqqında qısa arayış: Kolin Qibson Media əlaqələri, Hökumətlə əlaqələr və xüsusən rəqəmsal innovasiyalar vasitəsilə auditoriya artımı da daxil olmaqla , biznesin bütün platformaları və sahələrində xidmət göstərən dünyanın aparıcı kommunikatorlarından və kommunikasiya komandalarının mentorlarından biridir. O, İngiltərə Futbol Assosiasiyasının media çıxışı və ictimaiyyətlə əlaqələr əməliyyatlarına cavabdehdir və Avro 2004-də ən yaxşı media əməliyyatlarından birini həyata keçirib. O, Bakıda 2015-ci ildə Avropa Oyunları ətrafında media əməliyyatlarının çatdırılması, həmçinin strateji, rəqəmsal, nəşr və reputasiya idarəçiliyi ilə məşğul olub. İdman nazirindən tutmuş parlamentarilərə, yüksək vəzifəli rəhbərlərə və beynəlxalq idmançılara qədər bir çox tanınmış şəxsləri mediaya yanaşma tərzinə hazırlayıb. Kolin 2022-ci ildə dünyada ikinci ən böyük idman yarışı zamanı ( Birmingem Birlik Oyunları) əsas kommunikasiya problemlərini idarə etmək üçün əsas Milli və Yerli Hökumət ofisləri və agentlikləri bir araya gətirən Oyunların Kordinasiya Komitəsinin birgə sədri vəzifəsində çalışıb. O, 2022-ci ilin iyul ayında Birmingem Oyunları Tərəfdaşlarının (Hökumət) Koordinasiya Komitəsinin sədri təyin edilib.

Müsahibəni təqdim edirik:

– “Rəqəmsal jurnalistika” üzrə təlimlər verən Kolin Qibson sosial medialardan aktiv istifadə edirmi?

– Şəxsi olaraq hesablarım yoxdur. Ancaq çalışdığım şirkətə aid hesabları istifadə edirəm. Biz onu kollektiv şəkildə çalışaraq izləyiciləri artırmışıq. Biz bəzən idman sahəsində də oluruq. Sosial medialarımızın izləyici sayını artırmaq üçün idman şəhçilərindən, onların potensialından istifadə etmişik. Bu metodla izləyici artırmaq sahəsində böyük nailiyətlər əldə etmişik.

– Azərbaycan saytları arasında izlədiyiniz, ciddi mənbə kimi qəbul etdiyiniz bir platforma varmı?

– İngilis dilində olduğu üçün azernews.az saytını daimi olaraq izləyirəm. Bu saytı izləməyimin əsas səbəbi onun ingilis dilində olmasıdır.

– Azərbaycanla Britaniya mediası arasındakı mənfi və müsbət cəhətləri saya bilərsinizmi?

– Öncə onu deyim ki, Azərbaycan mediası oxucu auditoriyasına rahatlıqla yetişə bilir. Çünki oxucuları ilə bir başa əlaqə yaratmaq imkanları var. Bunu Azərbaycan mediasının ən üstün cəhətlərindən biri kimi görürəm. Lakin Azərbaycan mediasında saytların video kontentlərə çox az üstünlük verilir. Daha çox görmək istədiyim kontent isə müxbirlərin birbaşa ekspertlərlə canlı yayım etməsidir. Britaniya mediasında mənfi cəhətlər çoxdur. Neqativ məzmunlu xəbərləri çox paylaşırlar. Bu da insanlarda mənfi təəssüratlar yaratmağa başlayır. Ümid edirik ki, reytinq yığmaq xatirinə bu üsullardan əl çəkərlər. Mənim yaxın dostlarımdan biri BBC-də şərhçi olaraq çalışır. Onun 30 dəqiqəlik hazırladığı bir videoxülasədə pensiyaların azlığı, yaşayış minimumu, iqtisadi gərginlik, etirazalar və.s bu kimi xəbərlər üstünlük təşkil edir. Bu da bir çox insanlarda ümidsizlik və ruh düşkünlüyü yaradır. Mən özüm İspaniyada ev almışam, orada yaşayıram. İspaniyada bu sadaladığım detalların tam əksini görürəm. Orada insanlar daha pozitivdirlər.

– Təlimlər keçən Kolin Qibson ancaq öyrədir, yoxsa təlimlər zamanı nələrsə də öyrənir?

– Əslində biz hər gün, hər dəqiqə bir şey öyrənirik. Hazırda siz danışırsınız, mən sizi dinləyirəm. Sizin danışdıqlarınızdan da mən bir şeylər öyrənirəm. Təlim zamanı iştirakçılarla apardığım söhbətlərdən də özümü üçün qeydlər edirəm. Çünki mənim də ölkəniz və medianız haqqında bilmədiyim şeylər var.

– Bioqrafiyanızda bir çox tanınmış şəxslərə təlim keçdiyiniz haqqında məlumat var. Onlardan bir neçəsinin adlarını çəkə bilərsinizmi?

– Bəli, mən bir çox tanınmış şəxslərə təimlər keçmişəm. Onları mediaya yanaşma tərzinə hazırlamışam. Bunlardan mənim üçün ən mühümləri Nelson Mandela və Britaniya şahzadəsi olub. Mərkəzçiləri sevirəm, amma bir çox britaniyalı siyasətçilərə hörmətim yoxdur.

– Azərbaycanlılarla bağlı və Bakı haqqında təəsüratlarınız …

– Öncəliklə onu deyim ki, paytaxtınız çox gözəldir. Xüsusilə Novruz bayramı zamanı şəhərinizin ab-havası möhtəşəm olur. Həmin ərəfələrdə təbiətdən daha çox zövq alıram. Azərbaycanlıların özləri isə olduqca istiqanlı, çox mehriban insanlardırlar. Orta Asiyanın da bir çox ölkələrini gəzmişəm. Lakin Bakı kimi gözəl şəhər görməmişəm.

– İspaniyadakı evinizi satıb Bakıda daimi yaşayardınızmı?

– Mən Britaniyadakı evimi də satıb bura gələrdim, nəinki İspaniyadakı evimi…

– Azərbaycanın milli mətbəxindən sevdiyiniz yeməklər varmı?

– Ölkənizin bir çox yeməyini sevirəm. Milli mətbəxiniz olduqca çeşidlidir. Lakin ən çox sevdiyim yeməyiniz qutab və düşbərədir.

Turan Oruc
Musavat.com

 

Tags: #ADAUNIVERSITY #MEDIA # KOLINQIBSON #TƏLİM #MÜSAHİBƏ #BöyükBitaniya

DAHA ÇOX OXU

1-MANŞET

İşsiz qalmaq istəməyən üçün gələcəyin işləri AÇIQLANDI

05/02/2023 12:35
1-MANŞET

Pensiya alanlara ŞAD XƏBƏR – Norveç təcrübəsindən istifadə olunacaq – Video

05/02/2023 11:39
1-MANŞET

Çayın zərərindən xəbəriniz var?

05/02/2023 10:40
1-MANŞET

Ramiz Mehdiyev onları villasına buraxmadığına görə 16 min manat ödəməli olacaq – DETALLAR

04/02/2023 20:10
Ölkə

Azərbaycanda ata qızlarına işgəncə verdi – FOTO

04/02/2023 17:50
Ölkə

Azərbaycanda nə qədər qızıl istehsal edilib?

04/02/2023 17:35
SON XƏBƏR

BU TARİXDƏ bütün müavinət və təqaüdlər artımlarla ÖDƏNİLƏCƏK

Zaur, Xoşqədəm və Elgiz həkimləri neçəyə reklam edir? – FANTASTİK QİYMƏTLƏR

Afrikada təhsil hüququndan məhrum edilən uşaqlar terror təşkilatlarının əlinə keçir

Xəbər lenti

İşsiz qalmaq istəməyən üçün gələcəyin işləri AÇIQLANDI

05/02/2023 12:35

Azərbaycanda vəkil intihar etdi

05/02/2023 12:10

Corcinanın cərimələnmək səbəbi… – Fotolar

05/02/2023 11:50

Pensiya alanlara ŞAD XƏBƏR – Norveç təcrübəsindən istifadə olunacaq – Video

05/02/2023 11:39

Şimali Osetiya rəhbəri Ukraynada güllələndi

05/02/2023 11:15

Pərviz Müşərrəf vəfat etdi

05/02/2023 11:04

Laçında tikiləcək turizm mərkəzi belə olacaq – FOTO

05/02/2023 11:00

Çayın zərərindən xəbəriniz var?

05/02/2023 10:40

Pakistan “Vikipediya”nı qadağan etdi

05/02/2023 10:20

Çilidə meşə yanğınlarında həyatını itirənlərin sayı 22-yə çatıb

05/02/2023 10:00

Din xadimlərinə haqsızlığa qarşı səs qaldırmaq tapşırıldı

05/02/2023 09:40

Hər gün bir stəkan içsəniz…

05/02/2023 09:20

Azərbaycan şirkəti İnternet qiymətlərini yenilədi

05/02/2023 09:00

ABŞ prezidenti Bayden: “Biz bununla məşğul olacağıq”

05/02/2023 08:50

“Hamıya fikir versək, çürüyüb ölərik” – Səidə Sultan

05/02/2023 02:58

Rəhman Rəhmanov ikinci həyat yoldaşından da boşandı

05/02/2023 02:38

Manaf Tünzalənin məzar daşı üçün pul göndərdi – Ülviyyədən şok sözlər

05/02/2023 02:19

Bakıdakı məşhur restoran şəbəkəsi fəaliyyətini dayandırdı

05/02/2023 02:02

Regional Təhsil İdarəsinin əməkdaşı yol qəzasında öldü -FOTO

05/02/2023 01:43

Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı

05/02/2023 01:27

Qusarda 94 yaşlı qadın özünü asaraq İNTİHAR ETDİ

05/02/2023 01:14

ABŞ Çinin hava şarını belə vurdu – ANBAAN VİDEO

05/02/2023 01:14

Azərbaycanlı gənc 145 min manatlıq təqaüdü necə alıb? – MÜSAHİBƏ

05/02/2023 00:50

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün nələr öyrənirlər? – VİDEO

05/02/2023 00:48

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.