Qazaxıstanın ən məşhur bəstəkarlarından biri olan Arman Duissenov 48 yaşında dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, Kədərli xəbəri Kazinform yaydığı halda, Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi də kədərli xəbəri təsdiqləyib.
1974-cü ildə Uralskda anadan olan Arman Duysenov Kurmanqazı kimi tanınan Qazaxıstan Milli Musiqi Akademiyasını bitirib. O, bəstəkarlıq istedadı ilə yanaşı, Qazaxıstanda məşhur teleaparıcı kimi də məşhurlaşıb. O, karyerası ərzində 50-dən çox ölkədə konsertlər verib.
Duysenovun ölüm səbəbi açıqlanmayıb.
Mehin Mehmanqızı
Medianews.az