İran Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın bəzi İranlı şəxslərə və qurumlara qarşı tətbiq etdiyi sanksiyalara cavab verəcəyini açıqlayıb.
Medianews.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kenani Aİ və Böyük Britaniyanın Tehrana qarşı tətbiq etdiyi son sanksiyalarla bağlı açıqlama verib.
AB və Böyük Britaniyanın sanksiyalarını pislədiklərini qeyd edən Kenani Avropa Birliyi və Britaniya rejiminin bu hərəkəti onların İranın nüfuzu ilə bağlı çaşqınlıqlarının, eləcə də İran həqiqətlərini tam şəkildə anlamaqda zehni acizliklərinin əlamətidir:
“İran bu cür uğursuz siyasətlərə cavab ermək hüququnu özündə saxlayır və tezliklə Avropa İttifaqı və Böyük Britaniyada insan haqlarını pozanlara və terrorizmi dəstəkləyənlərə qarşı sanksiyaların yeni siyahısını açıqlayacaq”- deyə bildirib.
Aİ ölkələri dünən İranda Məhsa Eminin ölümündən sonra başlayan nümayişlərə qarşı müdaxilələrdə rol oynadıqları üçün 18 iranlı şəxs və 19 təşkilata qarşı sanksiya tətbiq etmək qərarına gəlib.
Britaniya həmçinin “nümayişlərin yatırılmasında insan haqlarının pozulmasında” və casusluqda ittiham olunan ikili İran-İngiltərə vətəndaşı Əli Rza Əkbərin edamına görə bəzi İran rəsmiləri və təşkilatlarını sanksiya siyahısına saldığını açıqlayıb.
Mehin Mehmanqızı
Medianews.az