Şənbə, 28 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Cadunu inkar edirsənsə, Quranı da inkar edirsən”

TURAN
24/01/2023 22:11
445
BAXIŞ
FacebookTwitterTelegram

Elə bir dövrdə yaşayırıq ki, mistik qüvvələrlə bağlı qəti qənaətə gəlmək olmur. Bəzi insanlar cadunun, tilsimin olduğunda israr edir, bəziləri bu şeylərin adı çəkilən kimi gülür. Tarix boyunca cadu, sehr, tilsim və s. bu kimi əməllər mövcud olub. Lakin bu işlə məşğul olmaq haram və çox böyük günahlardandır.

Bəzən isə baxıcılar “Səndə cadu yoxdur, bağlılıq var” deyərək insanları inandırırlar. Bəs görəsən, bu anlayışlar həqiqətən varmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış ekstrasens Zirəddin Rzayev bildirib ki, cadunun varlığının ən gözəl sübutu “Qurani-Kərim”in 113-cü “Fələq” surəsidir:

“Bağlılıq deyilən bir anlayış ümumiyyətlə, yoxdur. Cadu özü insan üzərində bir ağırlıq, neqativ enerjidir. Burada sirlər var, mən bir kəlməmlə insanlara cadunu necə edirlər öyrədə bilərəm. Amma bu barədə danışmaq istəmirəm, çünki bu, günahdır, haramdır.

Cadunun yaxşı tərəfi yoxdur, amma elmi cəhətdən araşdıranda məlum olur ki, cadu ilə insanlara həm kömək etmək, həm də zərər vurmaq olur. Ona görə də cadularla bağlı danışmağı sevmirəm. Qısaca olaraq deyə bilərəm ki, “bağlılıq” anlayışı yoxdur.

Məsələn, bir insana ovsun edib qıfılla bağlaya bilərsən. “Qurani-Kərim”in Fələq surəsində buyurulur: “(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən (Allaha sığınıram)”.

Bəzi adamlar deyir ki, mən caduya inanmıram. Belə deyən insan avtomatik olaraq Allaha da inanmır, çünki Allah Quranda deyir ki, cadu var. Nəinki Quran, bütün səmavi dinlər cadu anlayışını qəbul edirlər. Buna şarlatanlıq, yalançılıq demək doğru deyil, çünki o boyda Quran, İncil, Tövrat, Zəbur cadu var deyirsə, bunu necə inkar etmək olar? Sən cadunu inkar edirsənsə, birbaşa Quranı inkar edirsən”.

Mütəxəssis qeyd edib ki, cadu ilə bağlılığın fərqli anlayış olduğunu iddia edənlər insanları aldadırlar:

“Cadu ilə insanı bağlamaq olur, amma cadu ilə bağlılıq ayrı-ayrı şeylərdir demək yalandır. Məsələn, qızın bəxtini, insanların dil-ağzını bağlayırlar, yaxud hamilə qadına Hamzat salırlar, bu zaman qadının bətninə uşaq düşür, böyüyür, amma heç vaxt dünyaya gəlmir, düşür. Bu da bağlılıqdır, buna nə ad istəsən verə bilərsən – cadu, bağlılıq, hamzat, ovsun, tilsim, amma nəticə eynidir. Putinin bir sözü var: Danışıqlar necə gedir, getsin, toy axşamı nəticə eynidir. Ona görə də bu əmələ nə ad verilirsə, verilsin, nəticə eynidir”.

Z.Rzayev “Xristian cadusu”, “Yəhudi cadusu” kimi anlayışların da tamamilə cəfəngiyyat olduğunu açıqlayıb:

“Bəzi insanlardan tez-tez eşidirəm ki, “filankəsə xristian cadusu edilib”, “yəhudi cadusu edilib”, bu da tamamilə cəfəngiyyatdır. Xristian, müsəlman, yəhudi cadusu deyilən bir şey yoxdur, cadunun dini yoxdur. Bu dinə aid olan bir şey deyil.

Mənim yanıma çox adamlar gəlir, bəzən insanlar kəskin psixozla, nevrasteniya ilə gəlirlər. Baxıram ki, bu adam həkimlikdir, heç bir cadu yoxdur. Bəzən də insanlar gəlir, deyirsən ki, cadu var, deyir ki, yox, məndə cadu ola bilməz, kimə neyləmişəm ki?

Ona görə də cadunun diaqnozunu düzgün qoymağı bacarmaq lazımdır. Elə insanlar var ki, yuxusunu qatır, yaxud yata bilmir, saçı tökülür, ağzı quruyur, bu adam depressiyada da ola bilər, cadu da olunmuş ola bilər. Bunun üçün professional şəxs lazımdır ki, məsələni araşdırsın, səbəbini desin.

Məsələn, bəzi qadınlarda toksoplazma virusu ola bilər, uşaq bətndə bu səbəbdən qalmaya bilər, amma baxıcı “səndə hamzat var” deyə bilər. Bütün bunları nəzərə almaq lazımdır. Bəzən insanların seçib üz tutduğu şəxslər dərin biliyə, elmə, qabiliyyətə, öncəgörücülüyə malik olmurlar. Bunlar olmayandan sonra nə desən danışırlar. Mən bəzi müasir ekstrasenslərin, öncəgörücülərin danışıqlarına baxdıqca məəttəl qalıram”.

DAHA ÇOX OXU

Cəmiyyət

ABŞ institutu: “İrandakı etirazçılar Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırırlar”

28/01/2023 09:52
Cəmiyyət

Xırdalanda su kəsildi

28/01/2023 09:28
Cəmiyyət

Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib

28/01/2023 05:37
Cəmiyyət

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI

28/01/2023 00:36
export

Qayınanaları ölən kürəkənlər xəstəxananı bir-birinə qatdılar – ANBAAN VİDEO

27/01/2023 22:43
Dünya

Ahtapotu diri-diri doğrayıb parçalara ayırdı – Qalmaqallı GÖRÜNTÜLƏR (VİDEO)

27/01/2023 22:36
SON XƏBƏR

Bakıda bu tarixdə 3 dərəcə şaxta olacaq - XƏBƏRDARLIQ

"Qonaqlıq müqabilində intim əlaqədə olurmuş" - Bakıda restorandan qaçan ailə deyilmiş - VİDEO

Ronaldonun sevgilisi yenə gündəmdə - Gülüş hədəfinə çevrildi (FOTOLAR)

Xəbər lenti

Misir Prezidenti AZƏRBAYCANDA – Rəsmi qarşılanma mərasimi

28/01/2023 11:04

Azərbaycanda tanınmış həkim DÜNYASINI DƏYİŞDİ

28/01/2023 10:34

“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – VİDEO

28/01/2023 10:01

ABŞ institutu: “İrandakı etirazçılar Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırırlar”

28/01/2023 09:52

Azərbaycan mədəniyyətinə böyük İTKİ

28/01/2023 09:34

Xırdalanda su kəsildi

28/01/2023 09:28

Türkiyədə meşə yanğını davam edir

28/01/2023 09:25

“Küçəyə çıxa bilmirəm”

28/01/2023 06:30

BMT rəsmisi səfirliyimizə qarşı qanlı terror aktını pislədi – VİDEO

28/01/2023 06:06

Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib

28/01/2023 05:37

Yerusəlimdə terror aktı: Ölən və yaralananlar var – VİDEO

28/01/2023 02:38

Lavrov Ceyhun Bayramova zəng edib, İrandakı səfirliyə hücumla bağlı başsağlığı verib

28/01/2023 00:42

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI

28/01/2023 00:36

Qayınanaları ölən kürəkənlər xəstəxananı bir-birinə qatdılar – ANBAAN VİDEO

27/01/2023 22:43

Ahtapotu diri-diri doğrayıb parçalara ayırdı – Qalmaqallı GÖRÜNTÜLƏR (VİDEO)

27/01/2023 22:36

TIR qırmızı işıqda dayanan kuryerin üstündən keçdi – ANBAAN VİDEO

27/01/2023 22:31

DƏHŞƏT: Həyat yoldaşı evdən getdiyi üçün 3 uşağını asaraq intihar etdi

27/01/2023 21:37

TBMM sədri Şentop azərbaycanlı həmkarına başsağlığı verib

27/01/2023 21:34

Təbrizdə qürurverici görüntülər – Şəhidimiz alqışlarla anıldı – VİDEO

27/01/2023 21:30

Qadınlar üçün məcburi hərbi xidmət tövsiyəsi

27/01/2023 21:15

Ərdoğan: Türkiyə əziz dostu və qardaşı Azərbaycanın yanındadır

27/01/2023 21:00

Kılıçdaroğlu: Azərbaycan tək deyil

27/01/2023 20:37

Terrorçu mikrofon qarşısında – VİDEO

27/01/2023 20:16

ABŞ elan etdi: Rəsmi olaraq “beynəlxalq cinayət təşkilatı” kimi tanınıb

27/01/2023 20:06

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.