Bu gündən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vaxtı ilə məcburi köçkünlər üçün inşa edilən mindən çox mənzili satışa çıxarır. Təyinatı sonradan dəyişdirilən tamtəmirli mənzillər 3 qəsəbədə, 2 rayonda yerləşir.
Bəs, sərfəli mənzillərin satışı əmlak bazarına hansı təsirini göstərəcək?
Məsələ ilə bağlı Medianews.az -a danışan Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bu addımın əmlak bazarına ciddi təsir edəcəyini düşünmürəm:
“ “Ramana”, “Ümid”, “Kürdəxanı” qəsəbələrində, “Abşeron”, “ Samux” rayonlarında yerləşən binaların satışa çıxarılması qiymətlərə öz təsirini göstərməyəcək. Çünki bu mənzillər paytaxtdan bir qədər kənarda yerləşir. Mənzillərin 1kv.m- i 700-800 manat arası dəyişir. Ramana qəsəbəsində fərdi yaşayış evləri üstünlük təşkil edir. Qiymət baxımından müqayisə etsək, şahidi olaraq ki,burda qiymətlər daha aşağıdır”.
Ekspert qeyd edib ki, gənc və aztəminatlı ailələr bundan faydalana bilər:
“Qiymətlər əlçatan olduğu üçün vətəndaşlar bu evlərdən yararlanacaq. Ümid edirik ki, sosial evlərlə yaranan problemlər burda baş vermiyəcək. Bu proses şəffaf olaraq həyata keçiriləçək.
Mənzillərin alışında çoxalmalar müşahidə edilərsə, qiymətlərdə də artım müşahidə ediləcək”.
Mehin Mehmanqızı
Medianews.az