Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qəbələ rayonunun Nic qəsəbəsində, Oğuz rayonunun Tayıflı, Şəki rayonunun Baş Şabalıd, Qax rayonunun Şotavar, Göygöl rayonunun Zurnabad kəndlərində yerləşən vətəndaşların pay torpaqlarında və həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən 18 kömür quyusu aşkar edilib.
“Qafqazinfo”nun məlumatına görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayon sakinləri Semyon və Rudik Quqaşovlar, Məhəmməd Alcanov, Mənaf Məmmədov, Oğuz rayon sakinləri Elgün Şükürov, Rafiq Sadıqov, Elmar Abduləzizov, Şəki rayon sakini Əli Hacıyev, Qax rayon sakinləri Yalçın Babayev, Nərman Şahmalıyev, Vüqar Musayev, Göygöl rayon sakinləri Abdulla Allahverdiyev, Kamil Mahmudov, Elnur Verdiyev, Yaşar Qasımov, Rafiq Hüseynov, Şahin Musayev və Rasim Əliyev olduğu müəyyən edilib.