Səudiyyə Ərəbistanında yeni doğulmuş körpələrə qarşı zorakılıq tətbiq edən tibb işçisi 5 il müddətinə azadlıqdan məhrum edilib.
Medianews.az xarici xəbərə istinadla xəbər verir ki, ölkədəki sağlamlıq mərkəzinin tibb işçısı kimi çalışan qadına körpələrə qarşı zorakılıq tətbiq etdiyi iddiası ilə tədbir görülüb.
Yeni doğulan bölmədə kamera qeydlərinin araşdırılması nəticəsində 11 körpəyə fiziki zorakılıq tətbiq etdiyi aşkarlanıb. Nəzarətə götürülərək aidiyyəti üzrə məhkəməyə sövq edilib.
Körpələrə dəfələrlə etdiyi zorakılığa səbəb kimi “iş stresi”ni əsas gətirib.
Sözügedən tibb işçisinin kimliyi və işlədiyi bölgə barədə məlumat verilməyib.
Mehin Mehmanqızı
Medianews.az