İsveçdə Qurani-Kərimin yandırılmasına dünyanın bir çox ölkəsi reaksiya verib.
Medianews.az xəbər verir ki, Türkiyənin XİN – yi: “Ölkəmizin bütün xəbərdarlıqlarına baxmayaraq, İsveçdə müqəddəs kitabımız Qurana qarşı edilən alçaq hücumu ən sərt şəkildə qınayırıq. Müsəlmanları hədəf alan bu anti-İslam təxribatçı hərəkətə son qoyulmasını tələb edirik. İfadə azadlığı adı altında müqəddəs dəyərlərimizin təhqir olunmasına yol verə bilmərik. Biz bunu heç bir şəkildə qəbul etmirik” – deyə bildirib.
İsveçin Ankaradakı səfiri Staffan Herrström Xarici İşlər Nazirliyinə çağırılıb və Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılmasına icazə verdiyi üçün ən sərt şəkildə qınanıb.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsveçdə siyasətçinin Quranı yandırmasını qətiyyətlə pisləyib.
İran, İraq, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Fələstin, Livan, Mərakeş, Yəmən, Pakıstan, Qeyri- hökümət təşkilatları, Azərbaycan da bu addımı qətiyyətlə pisləyib.
Mehin Mehmanqızı
Medianews.az