Bazar, 29 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Ekspertlər İran-Azərbaycan münasibətlərindəki son durumdan DANIŞDI: “Körpülər yandırılıb…”

XƏYALƏ
23/01/2023 14:31
241
BAXIŞ
FacebookTwitterTelegram

Bu yaxınlarda İrəvan meri Qraçya Sarkisyan Tehran meri Əlirza Zəkaninin dəvəti ilə İrana səfər edib. Yanvarın 19-dək davam edəcək səfər çərçivəsində İrəvanla Tehran şəhərlərinin qardaşlaşması haqqında saziş imzalanacağı bəyan edilib. Siyasi ekspertlər isə İranın bu addımını birmənalı olaraq dəyərləndirirlər.

“Tehran və İrəvan şəhərlərinin qardaşlaşması ilə bağlı avantüra xarakterli qərar molla rejiminin başında dayanan saxta dini-siyasi rejimin başçıları tərəfindən verilən qərardır və əmmamələri ilə birlikdə beyinlərini də itirən mollaların acınacaqlı sonlarını daha da yaxınlaşdıracaq”.

Bu fikirləri Medianews.az-a məsələyə münasibət bildirən siyasi şərhçi, jurnalist Elçin Mirzəbəyli şərh edib. O qeyd edib ki, Tehran rejiminin təmsilçiləri bu addımı Azərbaycana qarşı təzyiq vasitəsi, Ermənistana dəstək məqsədilə atırlar və istisnasız olaraq, bu qərarlarını daxili siyasətlərində İsraildə Azərbaycan səfirliyinin açılması ilə əlaqələndirəcəklər:

“Amma unudurlar ki, uzun illlər boyu “İran” adlanan ölkənin Ermənistana Azərbaycan torpaqlarının işğalınının davam etdirilməsi məqsədilə verdikləri hərtərəfli dəstəklə Azərbaycan-İsrail münasibətlərini müqayisə etmək mümkün deyil. Molla rejimindən fərqli olaraq, İsrail Azərbaycana münasibətdə beynəlxalq hüququn, haqqın, ədalətin, “İran İslam Respublikası” adlanan ölkə isə işğalın, şərin, müsəlmanların məscidlərini donuz tövləsinə çevirənlərin, yüzminlərlə azərbaycanlını evindən didərgin salanların, onminlərlə dinc müsəlmanı qətlə yetirənlərin yanında olub. Bu isə molla rejiminin islam tarixinin üz qarası olduğunu sübuta yetirir”.

Ekspert eyni zamanda qeyd etdi ki, Tehranın İrəvanla qardaşlaşması barədə qərar, həmçinin sübuta yetirir ki, “İran İslam Respublikası” adlanan ölkənin keçmişi yoxdur, tarixi 1979-cu ildən başlayır və bu ölkə özünü heç bir halda hazırda qəsb etdiyi ərazidə yerləşən dövlətlərin varisi kimi qələmə verə bilməz:

“Əgər molla rejimi özünü hazırda “İran İslam Respublikası” adlanan ölkənin sərhədləri daxilində və zaman-zaman daha geniş ərazilərdə mövcud olan dövlətlərin varisi hesab etsəydi, o zaman bu dövlətlərin bir parçası olan torpaqlarda xarici güclərin dəstəilə müsəlman türklərin qətliamı, deportasiyası hesabına yaradılmış “Ermənistan” adlı ölkə ilə heç bir əlaqə qurmamalı, tarixi ədaləti bərpasına çalışçalıydı. Bu onu sübuta yetirir ki, “İran” adlanan ölkənin ərazisi də daxil olmaqla, bu torpaqlarda min illər boyu hökm sürən tarixi türk dövlətlərinin yeganə varisi Azərbaycan Respublikasıdır və “İran” adlanan ölkənin ərazisi öz tarixinə xəyanət edən bir rejim tərəfindən işğal edilib”.

Elçin Mirzəbəyli onu da əlavə etdi ki, Bu addımla molla rejimi bir daha təsdiqləyir ki, o təkcə Azərbaycan Respiblikasının müstəqil dövlət siyasətinə deyil, həm də 60 milyonluq Azərbaycan xalqına qarşı çıxış edir, düşmənçilik siyasəti aparır:

“Molla rejimi ermənilər və türklərə qarşı qatı düşmənçilik siyasəti yürüdən qeyri-region dövlətləri istisna olmaqla, bölgənin bütün xalqlarının, o cümlədən Azərbaycan türklərinin ən qatı və ən rəsil düşmənidir”.

Politoloq Asif Nərimanlı isə düşünür ki, İranın Etmənistana göstərdiyi qayğının təməli çox əvvəllərə dayanır:

“Əslində, Ermənistanla İran arasında gedən son proseslər fonunda İrəvan və Tehran şəhərlərinin qardaşlaşması haqqında verilən qərar o qədər də təəccübləndirici deyil. Bu sadəcə iki ölkənin münasibətlərini daha da dərinləşdirməsindən xəbər verir. Aydındır ki, İran Ermənistana olan dostluq siyasətini 1990-cı illərdən bu günə qədər davam etdirir. Qarabağ münaqişəsi hökm sürdüyü ərəfələrdə ölkə bu dəstəyi müəyyən qədər ört-bastır edib, balans yaratmağa çalışsa da, Azərbaycanın II Qarabağ müharibəsində qazanılan qələbəsi və regionda yaranan vəziyyətdən sonra İran niyyətini açıq-aşkar büruzə verməyə başladı. Çünki bu vəziyyət molla rejiminin bütün planlarını alt-üst etdi”.

Ekspert Tehran və İrəvan şəhərlərinin qardaşlamasını gözlənilməyən addım hesab etmir:

“İndiyə qədər dini aspektdən çıxış edərək əhalimizin inanclı insanlarına təsir göstərmək üçün əhlibeyt üzərindən oynayan İran islamı təhqir edən, torpaqlarımız işğalda olan dövrdə məscidlərimizdə donuz saxlayan erməni millətini özünə daha yaxın bilir. Bu siyasət isə həmin rejimin xislətini özündə ehtiva edir. Bütün bunlara nəzər yetirən zaman İrəvan və Tehran şəhərlərinin qardaşlaşmasını qeyri-adi bir addım kimi qiymətləndirməyə ehtiyac yoxdur. Sözügedən məsələlərdən sonra Bakı-Tehran xəttində ciddi fikir ayrılıqları meydana gəlməyə başlayıb və aramızda olan körpülər İran tərəfindən yandırılıb”.

Aytac Şahin

Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb. 

 

 

 

DAHA ÇOX OXU

export

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33
export

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29
export

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18
Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters
export

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12
export

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04
Cəmiyyət

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36
SON XƏBƏR

“Mübariz Tağıyevdən halallıq aldım” - Mərdan

Azərbaycanda bəy toyunda SOYUNDU - VIDEO

Xoşqədəm canlı efirdə Tünzalənin ölüm xəbərini verdi, Mətanətin halı pisləşdi - VİDEO

Xəbər lenti

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18

Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36

NATO kursunu bitirən İLK qadın hərbi qulluqçumuz – FOTOLAR

28/01/2023 23:14

Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar – FOTO

28/01/2023 23:12

İlham Əliyev: “Bu qanlı terror hərtərəfli araşdırılmalıdır”

28/01/2023 23:06

Şəhidimiz Orxan Əsgərovun nəşini ölkəmizə gətirən təyyarə NİYƏ LƏNGİYİR?

28/01/2023 22:47

Nazpəri Dostəliyevadan NÖVBƏTİ ÜZÜCÜ XƏBƏR

28/01/2023 22:11

Tanınmış polkovnik Naxçıvana polis rəisi təyin olundu- FOTO

28/01/2023 21:28

Əməkdar artist Dilarə Əliyevanın “Toppuş bacı” ilə SON YAZIŞMASI – FOTO

28/01/2023 18:00

ATƏT-in Baş katibi səfirliyə silahlı hücumdan yazdı

28/01/2023 17:40

Kök və arıq adamlar – kim daha çox ömür sürür? – MARAQLI YAPON TƏDQİQATI…

28/01/2023 17:19

Azərbaycanda daha 33 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib – FOTO

28/01/2023 16:57

“Putin fevral və ya martda…” – ŞOK İDDİA

28/01/2023 16:52

İlham Əliyev: “Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir”

28/01/2023 16:47

Mədəniyyət Nazirliyi ilə bağlı QƏRAR

28/01/2023 16:07

İran vətəndaşının rəhbərlik etdiyi cinayətkar dəstənin üzvləri saxlanıldı

28/01/2023 15:39

Bakı səfirlik əməkdaşlarının təxliyəsi üçün təyyarə göndərir

28/01/2023 15:31

Ötən il uşaqlar arasında ən çox bu xəstəlik aşkarlanıb

28/01/2023 15:27

Azərbaycan səfiri İran XİN başçısına “bu, terror aktıdır” dedi: “Nəticələri gözləyirik”

28/01/2023 15:12

Çinarə nişanlısı ilə toylarından danışdı

28/01/2023 14:58

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.