Təbiət hər gün təəccübləndirməyə davam edir. Belə ki, təbiət bizi təəccübləndirmək və sahib olduğu gücü və şiddəti göstərməkdən yenə də əl çəkmir.
Belə ki, İngiltərədə meşəyə gəzintiyə çıxan 31 yaşlı Mayk Roberts gördüklərindən dəhşətə gəlib. Yaşıllıqlar arasında qəbrindən uzanan adamın barmaqlarının ucu kimi görünən görüntüdən məəttəl qalan Roberts başına gələnləri sosial media hesabında paylaşıb. Onun paylaşdığı görüntülər qısa zamanda əks-səda doğurub.
Göbələk həvəskarı Robertsin gördükləri “Ölü adamın barmaqları” kimi tanınan Xylaria Polymorpha göbələyinin beş sapı idi.
İngiltərə və İrlandiyada çox görülən və insan barmaqlarına bənzədiyi üçün ‘ölü adamın barmaqları’ ləqəbi ilə tanınan Xylaria Polymorpha göbələklərini ilk görən sosial media istifadəçiləri onu “Ölü əllər” adlandırıb.
Medianews.az