Atlantik okeanında film kimi hadisə yaşanıb. Kiçik yelkənli qayığı təmir edərkən hava şəraiti səbəbindən itən 47 yaşlı Elvis Fransua Kolumbiya donanması tərəfindən 24 gün sonra xilas edilib. Məlum olub ki, Fransuaya 24 gün ərzində bir şüşə pomidor sousu, sarımsaq tozu və bir banka bulyonla qidalanıb.
Medianews.az xəbər verir ki, Atlantik okeanında kiçik yelkənli qayığı təmir edərkən yoxa çıxan Dominikan Respublikası vətəndaşı 24 gün sonra Kolumbiya donanması tərəfindən xilas edilib.
Kolumbiyanın Bolivar limanından təxminən 200 kilometr aralıda aşkarlanan Fransua piyadaların köməyi ilə gəmiyə götürülüb.
Xəstəxanada müalicə olunduqdan sonra səhhətinin yaxşı olduğu bildirilən Fransua bu müddət ərzində ona bir şüşə pomidor sousu, sarımsaq tozu və bir banka bulyon yedizdirildiyini bildirib.
Yanında 3 nəfərlik kiçik bir qayıqla xarab olan yelkənli qayığa getdiyini izah edən Fransua, “Mənim vəzifəm yelkənli qayığın mühərrikini təmir etmək idi, birdən hava şəraiti dəyişdi və dalğa o qədər güclü oldu ki, gəminin kəndiri yelkənli qayıq qəflətən xarab oldu və mən sürətlə sahildən uzaqlaşmağa başladım”.
Bir müddət sonra yolunu tamamilə itirdiyini ifadə edən Fransua, “3 həftə həyatda qalmaq üçün yediklərimi dəniz suyu ilə qarışdırdım. Gəmiləri uzaqdan görə bilirdim, amma bütün cəhdlərimə baxmayaraq məni görmədilər. Mən yelkənli qayığın batmasının qarşısını almaq üçün davamlı olaraq suyu boşaldırdım”.
Sahil təhlükəsizlik qruplarına təşəkkür edən Fransua, “Onlar olmasaydı, bu hekayəni indi danışa bilməzdim, bu gün necə yaşadığımı bilmirəm, amma həyatdayam”- deyib.
Kolumbiya Sahil Mühafizəsi tərəfindən edilən açıqlamada, yanvarın 15-də açıq dənizdə “kömək” yazılan yelkənli qayığın göründüyü və dərhal xilasetmə işlərinə başlanıldığı bildirilib.
Medianews.az