Hindistanın Tamil Nadu əyalətindəki Draupati məbədində keçirilən “Draupathi Amman” şənliyi zamanı şounu icra edənlərin səhvi ucbatından dəhşətli hadisə yaşanıb.
Medianews.az xəbər verir ki, ötən gecə baş verən hadisə zamanı şou nümayiş etdirən şəxslərin idrə etdiyi kran qəfildən aşıb.
Baş verən qəzada 4 nəfər həyatını itirib, 9 nəfər yaralanıb.
Medianews.az