Bazar ertəsi, 6 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Bir sinifdə 35 şagird təhsil alırsa…

XƏYALƏ
23/01/2023 13:02
197
BAXIŞ
FacebookTwitterTelegram
Bu gün bölgələrimizdə fəaliyyət göstərən məktəblərdə şagird çatışmazlığı özünü göstərir, paytaxt məktəblərində isə bunun əksinin şahidi oluruq.  Bəzən bir sinifdə 35 şagirdin təhsil alır.  Bəs görəsən bunu necə balanslaşdırmaq lazımdır?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Medianews.az-a açıqlamasında bildirdi ki, artıq 2 ildir ki, şagirdlərin birinci siniflərə qəbulu zamanı ərazi üzrə yaşayış meyarı əsas götürülür ki, bu da sosial ədalət prinsipini qoruyur:

“İlk növbədə qeyd edim ki, Təhsil haqqında ”Azərbaycan Respublikasının Qanunu”nda göstərilir ki, hər sinifdə 20 nəfər olmalıdır, praktki olaraq isə 25 nəfərdən artıq uşaq yığılmamalıdır. Bir sinifdə 25 şagird təhsil alırsa, həmin sinifdə tədris prosesini səmərəli qurmaq mümkündür. Lakin bəzən çoxlu binalar tikilir, əhali sıxlığı yaranır. Məktəbsə azdır. Həmin siniflərə 30-40 nəfər uşaqlar cəmləşir. Təhsildə belə bir qayda var ki, əgər sinifdə 25 nəfərdən çox uşaq yığılır, uşaqların sayı 30-u keçərsə, onda ikinci sinif açılmalıdır. İkinci sinif açılmalıdırsa, ora yeni bir müəllim də təyin olmalıdır. İbtidai sinifdirsə, əlavə ibtidai sinif müəliməsi üçün vakansiya açılmalı, yuxarı siniflərdirsə, fənn üzrə müəllimlər cəlb olunmalıdır. Hesab edirəm ki, bu pedoqoji tələb yerinə yetirilməlidi. Hesab edirəm ki, bir sinifdə 30-40 şagirdin olması tədrisi zəiflədir. Bu baxımdan düşünürəm ki, Azərbaycanın təhsillə bağlı zəngin təcrübəsi var. Ondan istifadə etsinlər. Bəzən deyirlər ki, hansısa ölkədə bir sinifdə 30-40 şagird təhsil alır. Bəlkə, həmin sinifdə şagirdlərə sadəcə olaraq ümumi məlumat verirlər. Fənnləri dərindən öyrətmək istəmirlər. Bizim öz təcrübəmiz var. Öz təcrübəmizə, elə qanunumuza görə də bir sinifdə 25 nəfər şagird olmalıdır. Bu da həyata keçirilməlidir. Şagirdlərin sayı artırsa, ikinci, üçüncü sinif yaratmaq lazımdır. Əlavə məktəb binaları tikilməlidir. Düşünürəm ki, bu sıxlıq məsələsi Azərbaycan təhsilində şagirdlərin keyfiyyətli biliyə yiyələnməində müəyyən maneçilik törədir və bu aradan qaldırılsa yaxşı olar.

Hesab edirəm ki, təhsili idarə edənlər məktəblərdə uşaq sıxlığı probleminə ciddi diqqət yetirməlidirlər. Təhsilin məqsədi gənclərə müəyyən biliklər, vərdişlər öyrətməkdir. Sinifdə şagid sayı çox olduqda bu vərdişlər ötürülmür. Sinifdə sıxlıq nəticəsində səs-küyün səviyyəsi qalxır. Uşaqlar bir-biri ilə him-cim oynayırlar və dərsin səviyyəsi sıfıra enir. Məktəblərdə dərs elə təşkil olunmalıdır ki, biliyin ötürülməsi öz maksimum həddinə çatsın. Sinifdə 10-15 nəfər uşaq olanda da uşaqları yaxşı öyrtəmək olur. Tədqiqatlar göstərir ki, sinifdə şagird sayı 25-dən yuxarı olduqda sinif idarəolunmaz hala gəlib çıxır. Ona görə dövlət tərəfindən tədris üçün çəkilən xərc, müəllimlərin əziyyəti boşuna gedir. Bu vacib bir məsələdir. Apardığımız monitorinqlər göstərir ki, günümüzdə sayı 30 nəfərdən artıq olan siniflər çoxluq təşkil edir. Və əksər məktəblərdə paralel siniflər təşkil olunmur. Dərslər bir otaqda 30-35 şagirdə tədris olunur. Xüsusən də ibtidai siniflərdə (I-IV) şagird sıxlığı daha çox yaşanmaqdadır”.

Ekspert qeyd etdi ki, hazırda Azərbaycanın 4472 orta məktəbində 1.6 milyona yaxın şagirdə 151 min müəllim dərs keçir:

“Amma 2014-cü ilə qədər müəllimlərin sayı 160 mindən çox idi. Lakin burada heç bir ixtisar olmayıb. Bu, optimallaşdırılma nəticəsində mümkün olub. Hesab edirəm ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da bu məsələni rasionallaşdırmaya ehtiyac duyulur. Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasını da vacibdir. Düşünürəm ki, optimallaşdırılma nəticəsində gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini təşkil etmək lazımdır. Xarici ölkələrdən nümunə olaraq deyim ki, Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdir”, – deyən ekspert qeyd edib ki, hazırda Bakıda bir müəllimə düşən şagirdlərin sayı 12-dir: “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas istiqamətlərdən biri də dünya standartlarına uyğun tədrisin sisteminin qurulmasıdır. Hesab edirəm ki, müəllim şagird nisbətinin dünya standartlarına uyğun qurulması maliyyələşdirməyə və təhsilin inkişafına təsir göstərəcək. Ümumiyyətlə, Azərbaycanda müəllim-şagird nisbəti arzu olunandan yuxarıdır. Buna görə də hesab edirəm ki, gənc kadrların orta ümumtəhsil məktəblərində yerləşdirilməsi üçün təqaüd yaşına çatmış müəllimlərin pedaqoji sahədən uzaqlaşdırılmasını tənzimləyən normativ hüquqi bazanın olmasına ehtiyac var. Artıq 2 ildir ki, şagirdlərin birinci siniflərə qəbulu zamanı ərazi üzrə yaşayış meyarı əsas götürülür ki, bu da sosial ədalət prinsipini qoruyur. Bir çox hallarda valideynlər övladlarını digər ərazilərdə yerləşən məktəblərə yollayırdı ki, bu zaman həmin məktəbin mikroərazisində sıxlıq formalaşır”.

Medianews.az

DAHA ÇOX OXU

export

İrandakı səfirliyimizdə törədilən terror aktının – Təfərrüatı

06/02/2023 16:05
Cəmiyyət

Türkiyədəki azərbaycanlılar bu nömrələrlə əlaqə saxlasınlar- Siyahı

06/02/2023 15:43
1-MANŞET

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ

06/02/2023 15:30
export

Türkiyədəki zəlzələdə azərbaycanlılar da xəsarət alıblar

06/02/2023 15:30
1-MANŞET

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

06/02/2023 14:57
export

Türkiyədə daha bir güclü zəlzələ

06/02/2023 14:40
SON XƏBƏR

 "İnanıram" tamaşasının premyerası olub

“Toppuş bacı” son mənzilə yola salındı... - Video - Fotolar

“Xaliq Faiqoğlu”nu bu dəfə öz direktoru məhkəməyə verdi -287 min borcu da var...

Xəbər lenti

İrandakı səfirliyimizdə törədilən terror aktının – Təfərrüatı

06/02/2023 16:05

Türkiyədəki azərbaycanlılar bu nömrələrlə əlaqə saxlasınlar- Siyahı

06/02/2023 15:43

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ

06/02/2023 15:30

Türkiyədəki zəlzələdə azərbaycanlılar da xəsarət alıblar

06/02/2023 15:30

Azərbaycanlı məşhurlardan Türkiyəyə dəstək- VİDEO

06/02/2023 15:19

Türkiyəli media rəhbərindən ÇAĞIRIŞ: “Vəziyyət çox kritikdir, böyük köməyə ehtiyac var”

06/02/2023 14:58

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

06/02/2023 14:57

Oğlu dağıntılar arasında qalan atanın fəryadı-VİDEO

06/02/2023 14:45

Türkiyədə daha bir güclü zəlzələ

06/02/2023 14:40

Dağıntılar altında qalanlar fəryad edir: “Qardaşımdan səs gəlir”- VİDEO

06/02/2023 14:32

Sahil Babayev bu xanımı yüksək vəzifəyə TƏYİN ETDİ

06/02/2023 14:25

Zəlzələdə 912 nəfər ölüb, 5385 nəfər yaralanıb – Ərdoğan açıqladı

06/02/2023 14:21

Bacısından danışan Nazpəri: “Dedi qədrini bilməmişəm, niyə belə etmişəm?”

06/02/2023 14:19

“O, Azərbaycanın ən əxlaqsız xanımı olacaq” – Elnarə Abdullayevadan ŞOK AÇIQLAMA

06/02/2023 14:17

Azərbaycanda da zəlzələ olacaq?- AÇIQLAMA

06/02/2023 14:14

Zəlzələdən 8 saat sonra dağıntılar altından sağ çıxdı

06/02/2023 14:14

Əhaliyə XƏBƏRDARLIQ: Bu tarixdə Bakıya qar yağacaq

06/02/2023 13:58

Türkiyəli dərnək başqanı dəhşətli zəlzələdən DANIŞDI

06/02/2023 13:56

“İki məşqçimiz dağıntılar altındadır”

06/02/2023 13:47

Türkiyədə zəlzələdən sonrakı afterşoklar – ANBAAN VİDEO

06/02/2023 13:34

Türkiyədəki zəlzələ Azərbaycanda da hiss edilib

06/02/2023 13:33

Azərbaycanın Türkiyədəki səfirliyində və Baş Konsulluqlarında Operativ Qərargahlar yaradılıb

06/02/2023 13:30

Türkiyənin millət vəkili ailəsi ilə dağıntılar altında qalıb – FOTO

06/02/2023 13:29

Məşhur aktyor :”Qızım və anasından xəbərim yoxdur”

06/02/2023 13:21

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.