Ukrayna prezidenti Zelenski Rusiyaya qarşı davam edən müharibədə Ukrayna ordusunun müasir tanklara ehtiyacı olduğunu bildirib və “Müasir tankların tədarükü üçün mübarizə aparmalı olacağıq” fikrini bildirib.
Medianews.az xəbər verir ki, Vladimir Zelenski bu sözləri videomüraciətində bildirib:
“Torpaqlarımızı azad etmək üçün bizə uzaqmənzilli raketlər lazımdır”
Müttəfiqlərin Ukraynanı dəstəkləməkdə qərarlı olduğunu ifadə edən Zelenski, “Bəli, biz hələ də müasir tankların tədarükü üçün mübarizə aparmalı olacağıq, lakin tanklarla bağlı qərarın alternativ olmadığı hər gün daha aydın olur” ifadəsini işlədib.
Müttəfiq ölkələrin silah yardımı sayəsində Ukrayna ordusunun imkanlarının artdığını bildirən Zelenski ölkəsinə yardım edən hər kəsə təşəkkür edib.
Mehin Mehmanqızı
Medianews.az