Bazar ertəsi, 6 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Nəm salfetlərdə bizi gözləyən TƏHLÜKƏ

Aytac
21/01/2023 09:59
84
BAXIŞ
FacebookTwitterTelegram

Hazırda məişətdə, işdə, məktəbdə, yolda – demək olar ki, hər yerdə ən geniş şəkildə istifadə etdiyimiz təmizləyici vasitə nəm salfetlərdir.

Medinews.az Azmedia.Az-a istinadən   xəbər verir ki, gözəl qoxuya sahib olan bu salfetləri alır, ondan evin, kompüterlərin, iş masalarının tozunun alınmasında, yeməkdən sonra əllərimizin silinməsində, ən çox da uşaqların təmizliyində və sair istifadə edirik.

Lakin dermatoloqlar gigiyenik vasitəni dəqiqliklə araşdırdıqdan sonra bu qənaətə gəliblər ki, salfetlər dərinin allergik reaksiyasına səbəb ola bilər. Bundan əlavə, tibbi statistikaya əsasən, bu cür hallar dünyanın müxtəlif bucaqlarında tez-tez baş verir. Məlum olub ki, nəm salfetlərdən istifadə edən şəxslərin 11%-də ciddi dəri xəstəlikləri əmələ gəlib. Bu göstəricilər həm də körpələri əhatə edib. Sözügedən məlumat uzun müddət gizli saxlanılsa da, “Sydney Morning Herald” onu ictimaiyyətə təqdim edib. Orada bildirilir ki, alimlər bu xəstəliklərin dəqiq hansı səbəbdən yarandığını araşdırmağa çalışır. Ehtimal olunur ki, salfetlərin hopdurduğu maddədə olan metilizotiazolin dermatitin üzə çıxmasına təsir göstərir.

Dermatoloq Firayə Məmmədova deyir ki, nəm salfetlərdən istifadə həqiqətən də dəriyə zərər verir:

“Xüsusilə də həssas dərilərdə, uşaqlıq çağında eqzema keçirənlərdə, kontak dermatiti olanlarda həssaslıq daha artıq olduğu üçün bütün xəstələrdə bunun zərərini görə bilirik”.
Dermatoloq söyləyir ki, nəm salfetlərin hazırlanmasında istifadə olunan kimyəvi vasitələr, spirt dərinin zədələnməsinə səbəb olur. Bu fəsadlar uşaqlarda daha ağır olur:

“Çünki uşaqların dərilərinin quruculuq funksiyası daha zəifdir. Quruculuğu zəif olduğu üçün onun sağalması da gec olur. Bəzi markalar var ki, müəyyən keyfiyyətə malikdirlər, amma istənilən halda biz nəm salfetlərin istifadəsini tövsiyə etmirik. Bununla yanaşı makiyajın da təmizlənməsində geniş istifadə olunan bu vasitə üzdə qızartıların, sızanaqların yaranmasına səbəb olur. Onu da qeyd edim ki, əgər uşaqlarda, yaxud böyük şəxslərin dərisində bununla bağlı hansısa problem yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır. Biz aparılan müayinə nəticəsində problemi araşdırıb müalicə təyin edirik. Xüsusi nəmləndirici kremlərdən istifadəni məsləhət görürük”.

Tərkibindəki qatqı maddələrinə görə uşaqları nəm salfetlərlə silməyi qətiyyən məsləhət görməyən pediatr Günay Rəsulova bildirir ki, salfeti nəm saxlamaq üçün ona müxtəlif kimyəvi maddələr vururlar:

“Bunlar isə uşaq dərisini aşındırır, zədələyir. Onların dərisində infeksiyalaşır ki, bu da dermatitə gətirib çıxara bilər. Bundan əlavə, uşaqlarda nəm salfetlərin istifadəsi sidik yolu infeksiyalarının yaranmasına da yol açır. Nəm salfetlərin zərərlərinin digər səbəbi isə dərini nəm saxlamasıdır. Bilirsiniz ki, nəm şəraitdə də göbələk infeksiyalarının artmasına geniş şərait yaranır. Bu isə uşaqda qaşınma və səpkilər yaradır. Ona görə uşaqları təmizləmək üçün nəm salfetlərdən istifadəni qətiyyən tövsiyə etmirik. Bunun əvəzinə yaxşı olar ki, onları su ilə yusunlar və yaxşı-yaxşı qurulasınlar. Bundan başqa, pambığı adi su ilə isladıb onunla da lazım olan yerləri silmək olar. Bu halda uşağın dərisində heç bir səpki, qızartı müşahidə edilməyəcək”.

Tags: #salfet #təhlükə #cəmiyyət

DAHA ÇOX OXU

Cəmiyyət

Türkiyədəki azərbaycanlılar bu nömrələrlə əlaqə saxlasınlar- Siyahı

06/02/2023 15:43
Cəmiyyət

Əhaliyə XƏBƏRDARLIQ: Bu tarixdə Bakıya qar yağacaq

06/02/2023 13:58
Cəmiyyət

Nazir rəisi İŞDƏN ÇIXARDI – FOTO

06/02/2023 11:01
Cəmiyyət

Çin Müdafiə Nazirliyi ABŞ-ı hədələyib

05/02/2023 15:05
1-MANŞET

ABŞ Qarabağ danışıqlarının məxfi sənədlərini açdı! Görün hansı planlar varmış? – SENSASİYA!

05/02/2023 14:00
Cəmiyyət

116 Ukrayna əsgəri əsir dəyişdirilərək azad edilib

05/02/2023 14:00
SON XƏBƏR

Tanınmış müğənni qəfil DÜNYASINI DƏYİŞDİ

Xalq artisti həyat yoldaşı ilə fotosunu paylaşıb

Türk bloqer Azərbaycanı TƏNDİQ ETDİ

Xəbər lenti

Səfirliyimizə hücumun YENİ GÖRÜNTÜLƏRİ- İran polisi maşına minərək qaçır – ANBAAN VİDEO

06/02/2023 16:30

“Xilasetmə və axtarış işləri sürətlə davam edir”- Türkiyəli jurnalist

06/02/2023 16:27

Vasif Tağıyev avtomat terrorçunun əlində ikəndarağıçıxarıb – YENİ TƏFƏRRÜAT

06/02/2023 16:22

İrandakı səfirliyimizdə törədilən terror aktının – Təfərrüatı

06/02/2023 16:05

Türkiyədəki azərbaycanlılar bu nömrələrlə əlaqə saxlasınlar- Siyahı

06/02/2023 15:43

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ

06/02/2023 15:30

Türkiyədəki zəlzələdə azərbaycanlılar da xəsarət alıblar

06/02/2023 15:30

Azərbaycanlı məşhurlardan Türkiyəyə dəstək- VİDEO

06/02/2023 15:19

Türkiyəli media rəhbərindən ÇAĞIRIŞ: “Vəziyyət çox kritikdir, böyük köməyə ehtiyac var”

06/02/2023 14:58

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

06/02/2023 14:57

Oğlu dağıntılar arasında qalan atanın fəryadı-VİDEO

06/02/2023 14:45

Türkiyədə daha bir güclü zəlzələ

06/02/2023 14:40

Dağıntılar altında qalanlar fəryad edir: “Qardaşımdan səs gəlir”- VİDEO

06/02/2023 14:32

Sahil Babayev bu xanımı yüksək vəzifəyə TƏYİN ETDİ

06/02/2023 14:25

Zəlzələdə 912 nəfər ölüb, 5385 nəfər yaralanıb – Ərdoğan açıqladı

06/02/2023 14:21

Bacısından danışan Nazpəri: “Dedi qədrini bilməmişəm, niyə belə etmişəm?”

06/02/2023 14:19

“O, Azərbaycanın ən əxlaqsız xanımı olacaq” – Elnarə Abdullayevadan ŞOK AÇIQLAMA

06/02/2023 14:17

Azərbaycanda da zəlzələ olacaq?- AÇIQLAMA

06/02/2023 14:14

Zəlzələdən 8 saat sonra dağıntılar altından sağ çıxdı

06/02/2023 14:14

Əhaliyə XƏBƏRDARLIQ: Bu tarixdə Bakıya qar yağacaq

06/02/2023 13:58

Türkiyəli dərnək başqanı dəhşətli zəlzələdən DANIŞDI

06/02/2023 13:56

“İki məşqçimiz dağıntılar altındadır”

06/02/2023 13:47

Türkiyədə zəlzələdən sonrakı afterşoklar – ANBAAN VİDEO

06/02/2023 13:34

Türkiyədəki zəlzələ Azərbaycanda da hiss edilib

06/02/2023 13:33

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.