Türkiyəli məşhur rəqqasə Tanyeli şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, “Selim Akar sorarsa” adlı yutub layihəsinə qonaq olan rəqqasə illər əvvəlki uşaqlıq və gənclik illərindən danışıb.
Tanyeli artıq 14 yaşında övladını dünyaya gətirdiyini, aclıq səfalət içərisində yaşadığını və pulu olmadığından rəqqasəlik etdiyini açıqlayıb:
“Oriental rəqqasəsi olmaq istəmirdim, 14 yaşım var idi, dolanmağa, övladıma baxmalı olduğuma görə rəqs etməyə başladım. Bir tərəfdən mağazada işləyirdim. Qazandığım pul çatmayanda şadlıq evlərində rəqs etməyə başladım. İlk dəfə səhnəyə çıxanda utanaraq rəqs edirdim. Gənc yaşda ana oldum. Zibilikdən tapdığım uşaq arabası ilə uşağımı yanımda saxlayırdım”.