İran Fars körfəzində “qaçaq yanacaq” daşıyan gəmini ələ keçirib və hadisə ilə bağlı 5 nəfəri həbs edib.
Medianews.az xəbər verir ki, Tesnim Xəbər Agentliyinin məlumatına görə ,Fars körfəzində qaçaq yanacaq olduğu deyilən gəmidə əməliyyat keçirilib.
Əməliyyat nəticəsində gəmidə 90 min litr qaçaq yanacaq ələ keçirildiyini qeyd edən İran rəsmisi gəminin ələ keçirildiyini, hadisə ilə bağlı 5 nəfərin həbs edildiyini bildirib.
Mehin Mehmanqızı
Medianews.az