“Bakıxanov” çörək zavoduna məxsus çörəyin içindən məftil çıxıb.
Medianews.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə saytın redaksiyasına müraciət daxil olub.
Adının açıqlanmasını istəməyən şikayətçi bildirir ki, yanvarın 21-də Xəzər rayonu Qala qəsəbəsində yerləşən “Ucuzluq” marketdən çörək alıb. Evdə çörəyi doğrayan zaman içindən məftil çıxıb.
Şikayətçi bununla bağlı redaksiyaya foto və video sübutlar da göndərib.
Daha ətraflı videosujetdə: