Litva Prezidenti Gitanas Nauseda 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı tviter hesabında qeyd edib.
“Qara Yanvar faciəsi – Sovet qoşunlarının hücumu nəticəsində Azərbaycan xalqının amansız qətliamını hörmətlə anırıq. 33 ildən sonra təcavüzkarlar Ukraynada eyni vəhşiliyi törədir. Onlar o zaman uğur qazana bilmədilərsə, indi bunu heç bacarmayacaqlar”, – deyə Nauseda bildirib.