Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-nə məxsus maşın karvanı – 2 minik, 9 yük avtomobili Xankəndidən Laçın istiqamətində hərəkət edib.
Səhər saatlarından indiyədək RSK-nə məxsus 28, Beynəlxakq Qızıl Xaç Komitəsinə məxsus 4 avtomobil aksiya keçirilən ərazidən maneəsiz keçid edib.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
Qeyd edək ki, Xankəndidən Laçına RSK-nın 10 maşından ibarət karvanı keçib.