Fransada prezident Makronun pensiya islahatı proqramı ölkədəki həmkarlar ittifaqlarının ciddi etirazı ilə üzləşib.Tətillər səbəbindən şəhərlərarası və şəhərətrafı qatarların və reyslərin ləğv ediləcəyi və dayandırılacağı gözlənilir.
Medianews.az xəbər verir ki, Parlamentdən keçməsi gözlənilən yeni qanun layihəsi insanların işləməyi dayandıra biləcəyi rəsmi yaş həddi 62-dən 64-ə qaldırılacaq.
Paris və digər şəhərlərdə on minlərlə insanın iştirak etdiyi böyük nümayişlər gözlənilir.
Bir çox məktəblər və digər ictimai xidmətlər bağlanacaq. Parisin Orli hava limanında hər beş reysdən biri ləğv edilib.

Fransa prezidenti Emmanuel Makron, partiyası Nümayəndələr Palatasında çoxluğa malik olmadığı üçün onun mühafizəkar Respublikaçılar partiyasından olan təxminən 60 deputatın dəstəyinə güvənməli olacaq.
Mehin Mehmanqızı
Medianews.az