Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Tekirdağ şəhərində baş verib.
33 yaşlı Rıdvan Kurt dini nikahda olduğu 30 yaşlı Ayşenur Akkurtun boğazını bıçaqla kəsərək öldürüb. Daha sonra biləklərini kəsərək intihara cəhd edən Rıdvan Kurt xəstəxanada müalicə olunur. 9 fərqli cinayəti olan Rıdvan Kurtun vəziyyətinin ağır olduğu öyrənilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Medianews.az