Pandemiya bitsə də, virus mənşəli xəstəlikər gündən-günə artmaqda davam edir.
İnsanlar küllü miqdarda dərman vasitələrindən istifadə etsə də, hec bir nəticəsini görmürlər. Belə olan halda, dərman vasitələrinin keyfiyyətində problemlərin olmasını deməyə əsas verir.
Məsələ ilə bağlı Medianews.az-a danışan Tibbi eskpert Aydın Əliyev bildirib ki, ümumiyyətlə hər hansı bir ölkədə yolxucu xəstəlik yayılarkən mütləq şəkildə adiyyati qurumlar bir neçə xəstədən analiz nümünələri götürməlidir:
“Onlar tətqiq etməlidir. Araşdırmalıdır ki, virusun əsas törədicisi nədir? Virusdursa, bu onun hansı növüdür? Bilmək lazımdır ki, bu virusa hansı dərman peraparatları yaxşı təsir edər?
Bizdə isə kor-koranə şəkildə xəstəliyin əlamətlərinə qarşı simptomatik müalicə gedir. Ona görə də istifadə edilən dərman vasitələri yersizdir. Düzdür ki, dərmanların keyfiyyətində problemlər var. Həm də törədici ilə bağlı problemlər ola bilər. İşlər kor-koranə gedir. Biz həmişə üstümüzə düşəni deyirik. Amma aidiyyəti qurumlar bundan nəticə çıxarmırlar”.
Mehin Mehmanqızı
Medianews.az