Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin müharibədən çıxış yolu axtardığını iddia edib.
Medianews.az xəbər verir ki, İtaliyanın dövlət televiziyası RAI-də yayımlanan “Porta a porta” proqramında jurnalist Bruno Vespanın suallarını cavablandıran Zelenski Ukrayna-Rusiya müharibəsi və bununla bağlı dəyərləndirmələr edib.
Putinin bu müharibədə səhv etdiyini ifadə edən Zelenski:
“Putin bu müharibədən çıxış yolu axtarır, səhv olduğu üçün axtaracaq. Bunu ölkəsinə demir. Lakin bunun böyük səhv olduğunun fərqindədir. Ona görə də çıxış yolu axtaracaq və Nüvə silahları çıxış yolu deyil” bildirib.
Zelenski həmçinin deyib ki, o, Putindən sonra Kremlə “daha çətin” liderin gəlməsini gözləmir.
Ukrayna üçün ən böyük islahatın Avropa Birliyinə (Aİ) üzv olmaq olduğunu deyən Zelenski, müharibə şəraitində olmasına baxmayaraq, dövlətdə islahatları davam etdirmək böyük səylə çalışdıqlarını deyib.
Ukrayna prezidenti:
“Putini dayandırmasaq, III Dünya Müharibəsi olacaq. Çünki o, Polşa və Baltikyanı ölkələri işğal edəndə heç kim heç nə edə bilməyəcək, amma hamı müharibəyə gedəcək. İtaliya, Fransa, ABŞ , Böyük Britaniya, hətta bütün NATO üzvləri, NATO-nun həqiqətən var olduğunu göstərmək üçün döyüşə getməli olacaq.” qiymətləndirməsini edib.
Mehin Mehmanqızı
Medianews.az