Dostları ilə birgə getdiyi gəzintidə qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya aparılan gənc qız 8 ay hərəkətsiz qalıb.
Medianews.az haberturk.com-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Malatya bölgəsində baş verib.
Belə ki, universitet tələbəsi olan Rumeysa Bingöl adlı gənc 8 ay əvvəl dostları ilə birgə piknik edən zaman vəziyyəti anidən pisləşib. Xəstəxanaya aparılan tələbənin qidadan zəhərləndiyi üzə çıxıb.
Dərhal reanimasiya bölməsinə yerləşdirilən Rumeysa Bingöl 4 ay burada müalicə aldıqdan sonra hərəkətinin bərpa olunması üçün fiziki terapiya və reabilitasiya kursları keçməyə başlayıb. 8 ayın sonunda tamamilə sağlamlığına qovuşan gənc qız 4 gündür ki, sərbəst hərəkət etməyə başlayıb.
Qeyd edək ki, gənc qızın zəhərlənməsinə səbəb piknikdə yediyi toyuq olub.