Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Monastırski və onun birinci müavini Enin Brovarıda təyyarə qəzasında həlak olublar.
Medianews.az xəbər verir ki, bu barədə ölkənin Milli Polisinin rəhbəri İqor Klimenko məlumat verib:
“Bu gün səhər saatlarında, yanvarın 18-də Dövlət Fövqəladə Hallar Xidmətinin vertolyotu Brovarıda qəzaya uğrayıb. Qəza nəticəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi: nazir, nazirin birinci müavini və dövlət katibi həlak olub”, – deyə onun məlumatında bildirib.
Ümumilikdə 16 ölü məlumdur – onlardan doqquzu helikopterin göyərtəsində olub, ölənlər arasında iki uşaq da var. 22 zərərçəkən xəstəxanadadır (onlardan 10-u uşaqdır).
Xatırladaq ki, yanvarın 18-də səhər saatlarında Kiyev vilayətinin Brovarı şəhərində Dövlət Fövqəladə Hallar Xidmətinin helikopteri uşaq bağçası binasının yaxınlığında qəzaya uğrayıb. Hadisə ilə bağlı məlumatı Ukrayna prezidentinin aparatının rəhbərinin müavini Kirilo Timoşenko təsdiqləsə də, ilkin olaraq itkilər barədə məlumat verilməyib.
Mehin Mehmanqızı
Medianews.az