İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərində baş verən zəlzələ nəticəsində 120-dən çox şəxs xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.
Məlumata görə, Xoyda 15 kənddə evlərə zərər dəyib.
Xatırladaq ki, bu gün Xoy şəhərində 5,4 bal gücündə zəlzələ baş verib.