Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-ya istinadən xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsində yerləşən iaşə obyektində qeydə alınıb.
Belə ki, 1996-ci il təvəllüdlü Vahidov Elşən Zəfər oğlu işlədiyi kafedə müştəri ilə mübahisə edərkən bıçaqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.
Əlavə məlumat veriləcək.