İçində bacısı olan maşının üzərinə atlayan şəxs dəhşətli formada yaralanıb.
Medianews.az Haberturk.com-a istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində Küçükçekmece adlanan ərazidə baş verib.
Məlumata görə, ağır xəsarət alan Bülent Ülgen adlı şəxs bacısını avtomobildə görüb və onun qaçırıldığını zənn edib. Avtomobilin sürücüsü həmin şəxsi maşının üstündən düşürmək üçün qaza basıb. Anidən hərəkətə gələn avtomobil qarşı küçədə dayanan yük maşınına çırpılıb. Çırpılmanın təsiri ilə yerə düşən Bülent Ülgünün üzərindən iki dəfə keçən maşın yaralını hadisə yerində qoyaraq ərazidən uzaqlaşıb. Ağır yaralanan kişini ətrafdakılar xəstəxanaya çatdırıb