Ukrayna Silahlı Qüvvələri Rusiyanın ən müasir tanklarından birini məhv edib.
BAKU.WS-in məlumatına görə, bu barədə görüntülər Ukrayna Silahlı Qüvvələrinin Telegram kanalında yayılıb.
Belə ki, Svatovski istiqamətində, Kuzenovka ərazisində 1 ədəd T-90 “Prorıv” tankı məhv edilib.
Bildirilib ki, bir tank isə zədələnib.