Haqqında beynəlxalq səviyyədə axtarış qərarı çıxarılan Avstraliyanın aparıcı narkotik şəbəkələrindən biri olan “Comanchero”nun lideri Duax Nqakuru İstanbulda yaxalanıb.
Medianews.az xəbər verir ki, qlobal narkotik imperiyasının rəhbəri olduğu iddia edilən Nqakuru deportasiya olunmaq üçün İmmiqrasiya Xidmətinə təhvil verilib.
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin qrupları tərəfindən aparılan genişmiqyaslı araşdırmada “Qırmızı bülleten”lə axtarışda olan Nqakurunun İstanbuldakı yeri müəyyən edilib. Polis qrupları tərəfindən müəyyən edilən ünvanda əməliyyat keçirilib. Narkotik ticarətini və təxminən 100 milyon dollar pul axınını idarə etdiyi iddia edilən şübhəli, basqın zamanı tutularaq nəzarətə alınıb.
Ölkəsində narkotik ticarəti ittihamı ilə axtarışda olan Nqakurunun polisdəki ifadəsi tamamlandıqdan sonra deportasiya edilmək üçün İmmiqrasiya İdarəsinə təhvil verildiyi öyrənilib. Nqakuru qlobal miqyasda bəzi böyük narkotik sövdələşmələrinin arxasında durmaqda ittiham olunur.
Medianews.az