Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa Davosda keçirilən Dünya İqtisadi Forumuna səfərini ləğv edib.
Xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ölkədəki enerji böhranının olması göstərilib.
Bildirilib ki, CAR-da elektrik enerjisi təchizatı ilə bağlı problemlər bir neçə aydır davam edir.
Qeyd edək ki, Davos Forumu “Parçalanmış dünyada əməkdaşlıq” şüarı ilə yanvarın 20-də yekunlaşacaq.