“Kirayə qalan şəxslər üçün hazırlanan yeni təklif və layihələr, həmçinin əvvəlki qaydalarda edilən dəyişikliklər əhali üçün atılan müsbət addımlardan sayılır”
Bu sözləri Medianews.az-a kirayə evlərin yaşayış sahəsinin ƏDV-dən azad edilməsi haqda danışan iqtisadçı Eldəniz Əmirov bildirib. O qeyd edib ki, bu sahədə atılan bütün addımların yalnız bir ali məqsədi var:
“İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi əməliyyatının ƏDV-dən azad edilməsi müsbət addımdır.Çünki bu hal istehlakçının mənzili daha əlverişli və münasib qiymətə əldə etməsinə şərait yaradacaqdır. Bununla yanaşı, həm fond, həm də digər aidiyyatı qurumlar tərəfindən bir sıra yeni sosial layihələr hazırlanmaqdadır. Nəticədə isə məqsəd eynidir. Bütün bunların hamısı istehlakçıların fürsətlərdən yararlana bilməsi üçün atılan addımlardır. Burada əsas məqsəd mənzillərin əlçatımlı olmağını təmin etmək və insanlara bu sahədə güzəştli və əlverişli təkliflər hazırlamaqdır. Bu aspektdən yanaşdıqda isə sözügedən dəyişikliklər olduqca müsbət hal hesab olunur. Beləliklə kirayə mənzillərin qiyməti də sərfəli olur” .
Aytac Şahin