Soğan yeməklərin və salatların əvəzolunmazdır. Mətbəxin dəmir başı olaraq görülən soğanın faydaları saymaqla bitmir. Bununla belə, yemək bişirərkən nəzərə alınmayan bir səhv soğanın ölümcül təsirlərinə səbəb ola bilər.
Medianews.az soğanla hazırlanan yeməklərdə etməməli olduğunuz səhvləri təqdim edir:
Bir çox tərəvəzləri çiy yemək daha sağlam hesab olunur. Ancaq bəzi tərəvəzləri çiy yediyiniz zaman bu, sağlamlığınız üçün böyük risk yarada bilər. Bir çox faydası olduğu bilinən soğan bu tərəvəzlər arasındadır. Aparılan araşdırmalar bütün qidalarda olduğu kimi soğanın da bədənimizə fayda vermədiyini, əksinə yanlış istifadə edildiyi təqdirdə bizə zərər verdiyini ortaya çıxarıb.
Verilən məlumata görə, çiy doğranmış soğan qapalı və ya kilidli torbalarda, soyuducuda saxlama qablarında saxlansa belə, maqnit kimi bakteriya və qoxuları özünə çəkir və öz daxilində saxlayır.
Bu səbəblə soğan qabıqları soyulduqdan sonra gözləmədən istehlak edilməlidir. Ehtiyacımız olanda soğanı təzə doğrayıb istifadə etmək yaxşıdır.
1 gecə belə gözləyən dilimlənmiş soğan öd ifrazını, mədə turşusunu artırır və qida zəhərlənməsinə səbəb olur və geri dönməz narahatlıq yaradır.
Soğan, tərkibindəki faydalı maddələr və elementlər sayəsində sağlamlıq üçün çox faydalı olan və ilin bütün aylarında asanlıqla tapılan bir şəfa mənbəyidir. Xərçənglə mübarizədən dəri sağlamlığının qorunmasına, yoluxucu xəstəliklərin müalicəsindən zəifləməyə qədər bir çox xəstəliklərin qarşısının alınması və müalicəsində çox faydalıdır.
Əgər qrip xəstəsi varsa – gecə yatmazdan əvvəl doğranmış soğanı otağa qoysaq, soğan o qrip mikrobunu öz içindəki havadan tutur və xəstəliyin yoluxmasının qarşısını alır.
Soğan yoluxucu xəstəliklərə və sərbəst radikallara qarşı çox təsirlidir.
Tərkibində kalium, B və C vitaminləri var və bu vitaminlərlə zəngindir. Təbii antibiotik xüsusiyyətlərinə görə ürək-damar sağlamlığına əhəmiyyətli dərəcədə töhfə verir.
Qan təmizləmə xüsusiyyəti sayəsində damarların tıxanmasına səbəb olan elementləri aradan qaldırır.
Soyuqdəyməyə yaxşı gəlir.
Burun qanamasını dayandıra bilər.
Yanıqlar və həşərat dişləmələri üçün faydalıdır.
Xərçəng xəstəliklərindən qoruyur.
Ateroskleroz problemləri riskini azaldır və dolayı yolla ürək sağlamlığını qoruyur.
Sümük sağlamlığının qorunmasını təmin edir.
Şəkər səviyyəsini balanslaşdırır.
Həm də dəri və saç sağlamlığı üçün vacib qida mənbəyidir.
Xəyalə
Medianews.az