Almaniyanın xarici işlər naziri Annalena Baerbok beynəlxalq ictimaiyyətdən Rusiya prezidenti Vladimir Putin və digər yüksək rütbəli Rusiya rəsmilərinin Ukraynaya təcavüzü ilə bağlı mühakimə olunması üçün xüsusi beynəlxalq məhkəmə yaradılmasını xahiş edib.
Medianews.az xarici məbuata istinadla xəbər verir ki, Almaniyanın xarici işlər naziri bildirib ki, Putinin, onun təcavüzü nəticəsiz qalmayacaq.
Almaniyanın xarici işlər naziri Kiyev administrasiyası və digər müttəfiqləri ilə Rusiya liderlərinin mühakimə olunması üçün Ukrayna cinayət qanunları əsasında fəaliyyət göstərən məhkəmənin yaradılması ilə bağlı danışıqlar aparıb və hollandiyalı həmkarı Wopke Hoekstra ilə bu yöndə görüşlər keçirib.
Hər iki nazir bildiriblər ki, Rusiya tərəfindən “Ukraynada ciddi hərbi cinayətlər törədilib” .
Almaniya və Hollandiya nazirlərinin fikrincə, Ukraynada törədilən ən ağır hərbi cinayətlərdən biri də işğal olunmuş ərazilərdən minlərlə uşağın oğurlanmasıdır.
Hollandiyanın xarici işlər naziri Hoekstra: “Bu uşaqlar ailələrindən alınır, zorla Rusiyaya aparılır və beyinləri yuyulur. Onların bir an əvvəl geri qayıtmaları lazımdır. Onlar ukraynalıdırlar və ukraynalı olaraq qalacaqlar.”- deyə qeyd edib.
Almaniyanın xarici işlər naziri Baerbok da bunun belə olduğunu müdafiə edib.
Rusiya tərəfindən törədilən beynəlxalq cinayətdir.O, cinayətkarların mühakimə olunmalı olduğuna diqqət çəkib.
Qərəzsizliyi təmin etmək üçün məhkəmənin Ukraynada yerləşməməsi lazım olduğunu vurğulayan Baerbok prokuror və hakimlərin müxtəlif ölkələrdən seçilməsini təklif edib.
Həm Avropa İttifaqı (Aİ), həm də Hollandiya hökuməti alman nazirin təklifini alqışlayır.
Hollandiya ötən ay prosesin uzanmaması üçün Haaqada xüsusi məhkəməyə ev sahibliyi etmək istədiyini açıqlamışdı.
Mehin Mehmanqızı
Medianews.az